Icma.az
close
up
RU
Tez tez asqırmağın səbəbi təkcə allergiya deyil Həkimdən XƏBƏRDARLIQ

Tez tez asqırmağın səbəbi təkcə allergiya deyil Həkimdən XƏBƏRDARLIQ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Asqırma orqanizmin burun boşluğunu selik, toz, allergenlər və digər qıcıqlandırıcılardan təmizləmək üçün istifadə etdiyi qoruyucu refleksdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu otolarinqoloq Yevgeni Fuki “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə,  tez-tez asqırma həmişə allergiya və ya kəskin respirator virus infeksiyaları ilə əlaqəli olmur. Bəzən bu hal daha az məlum səbəblərdən də qaynaqlana bilər. Ardıcıl bir neçə dəfə asqırmaq adətən ciddi xəstəliyin əlaməti deyil. Lakin bu hal hər gün təkrarlanırsa və ya həftələrlə davam edirsə, səbəbini müəyyənləşdirmək vacibdir.

Mütəxəssis qeyd edib ki, tez-tez asqırmanın ən geniş yayılmış səbəbi allergik rinitdir. Bu zaman asqırma tutmaları, burundan şəffaf axıntı, burunda qaşınma, göz yaşarması və qızartı müşahidə olunur. Simptomlar əsasən tozcuq, ev tozu, heyvan tükü və kiflə təmasdan sonra yaranır. Soyuqdəymədən fərqli olaraq, allergiya adətən qızdırma ilə müşayiət olunmur və həftələrlə, hətta aylarla davam edə bilər.

Həkim bildirib ki, virus infeksiyası zamanı isə asqırma boğaz ağrısı və ya qaşınması, halsızlıq, burun tutulması və bəzən qızdırma ilə müşayiət olunur. Belə hallarda vəziyyət adətən bir-iki həftə ərzində yaxşılaşır.

Fuki daha az rast gəlinən səbəblər arasında allergik olmayan riniti də göstərib. Bu zaman burun selikli qişası soyuq havaya, temperatur və rütubət dəyişikliklərinə, tütün tüstüsünə, ətirlərə və kəskin qoxulara həddindən artıq reaksiya verir. Fiziki fəaliyyət, spirtli içkilər və ədviyyatlı qidalar da asqırma tutmalarına səbəb ola bilər. Bəzi hallarda hormonal dəyişikliklər və müəyyən dərmanlar da bu vəziyyəti ağırlaşdıra bilər.

Mütəxəssisin diqqət çəkdiyi digər səbəb isə fotik asqırma refleksidir. Bəzi insanlar qaranlıq məkandan qəfil parlaq günəş işığına çıxdıqda asqırmağa başlayırlar. Həkimin sözlərinə görə, bu, sinir sisteminin anadangəlmə xüsusiyyətidir və günəş allergiyası hesab edilmir. Adətən zərərsiz olsa da, avtomobil idarə edərkən baş verən asqırma tutmaları diqqəti yayındıra bilər.

Həkim əlavə edib ki, quru hava, toz, burun tutulması və selikli qişanın mexaniki qıcıqlanması da tez-tez asqırmağa səbəb ola bilər. Burun tutulmasını aradan qaldıran damcılardan nəzarətsiz və uzun müddət istifadə isə vəziyyəti daha da ağırlaşdıra bilər. Belə preparatlar asılılıq və dərman mənşəli rinit yarada bilər.

Mütəxəssis vurğulayıb ki, asqırmanın özü əksər hallarda təhlükəli deyil. Lakin simptomlar yuxuya və gündəlik fəaliyyətə mane olursa, bir neçə həftə davam edirsə, tez-tez təkrarlanırsa və ya qoxu hissinin azalması ilə müşayiət olunursa, otolarinqoloq və ya allerqoloqa müraciət etmək lazımdır. İrinli və ya qanlı burun axıntısı, eləcə də güclü üz ağrısı isə xüsusi diqqət tələb edən əlamətlərdir.

Murad İsmayıl 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri