Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır ABŞ dan nə tələb edir?
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün bərpası müqabilində Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna zərbələri 30 gün müddətinə dayandırmağa hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın raket əleyhinə müdafiə vasitələrinin ehtiyatları gündəlik kombinə edilmiş hücumlar fonunda demək olar ki, tükənib. ABŞ-dan tədarüklərin gecikməsi və “Starlink” vasitəsilə məlumat ötürülməsinin sürəti ilə bağlı texniki məhdudiyyətlər sürətli reaktiv dronların qarşısının alınmasını da çətinləşdirir.
Ukrayna lideri vurğulayıb ki, Kiyev Rusiyanın neft infrastrukturuna hücumlarda müvəqqəti fasiləyə yalnız hava hücumundan müdafiə arsenalının dərhal bərpa edilməsi şərti ilə razılaşa bilər. Onun sözlərinə görə, bu, qış mövsümü ərəfəsində Ukrayna şəhərlərinin müdafiəsi üçün vacibdir.
Ukrayna tərəfi Ağ Evdən məsələ ilə bağlı açıqlama gözləyir. Eyni zamanda raket tədarükündə gecikmələrin milyonlarla mülki sakinin təhlükəsizliyini riskə atdığı barədə xəbərdarlıq edib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 20 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















