Icma.az
close
up
RU
Zelenski seçki keçirilməsinin əleyhinə deyil: Müxalifət də anlayır ki...

Zelenski seçki keçirilməsinin əleyhinə deyil: Müxalifət də anlayır ki...

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Xəbər verdiyimiz kimi, Ukrayna Ali Radasının prezident seçkilərinin müharibədən və ölkə ərazisində sülh tam bərqərar olunduqdan sonra keçirilməsini nəzərdə tutan bəyanatı yetərincə səs toplaya bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, sənəd 226 əvəzinə 218 deputatın dəstəyini qazanıb.

Sənəddə o da qeyd edilir ki, Konstitusiyanın 108-ci maddəsinə uyğun olaraq Volodimir Zelenski öz səlahiyyətlərini yeni dövlət başçısı vəzifəsinin icrasına başlayanadək yerinə yetirməlidir.

Maraqlıdır, bundan sonra Ukraynada hadisələr necə cərəyan edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin prezident səlahiyyəti müddəti əslində ötən ilin may ayında bitib və ölkədə müharibə getdiyindən prezident seçkisinin keçirilməsi mümkün deyil.

Elxan Şahinoğlu: Müharibənin dayandırılması ilə bağlı hələ üfüqdə heç nə görünmür

Şahinoğlunun sözlərinə görə, Ali Rada da Zelenskinin səlahiyyətinin uzadılması ilə bağlı qətnamə səsverməyə çıxarıb ki, bu sənədin qəbul edilməsi üçün çox cüzi səs çatmayıb və növbəti iclasda yenidən səsverməyə çıxarılacaq:

“Əslində sənədin lehinə 226 tələb olunan səsdən 218 deputat səs verib. Amma bu, Zelenskiyə mane olmur ki, səlahiyyətlərini davam etdirsin. Ukrayna müxalifəti də anlayır ki, indiki şəraitdə seçki keçirmək olmaz. Gərək atəşkəs olsun, hərbi vəziyyət ortadan qaldırılsın. Yalnız bundan sonra seçki keçirmək mümkündür. Bu il ərzində müharibə dayanarsa, Zelenski seçki keçirilməsinin əleyhinə deyil. Səlahiyyətin uzadılmasını da istəmir. Müharibənin dayandırılması ilə bağlı isə hələ üfüqdə heç nə görünmür”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri