Icma.az
close
up
RU
Zelenski Şimali Koreya lideri Kimə əsir mübadiləsi təklif etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Zelenski Şimali Koreya lideri Kimə əsir mübadiləsi təklif etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Zelenski Ukrayna əsgərlərinin azadlığı qarşılığında Şimali Koreyalı əsirləri geri qaytarmağa hazır olduqlarını bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə haber globa məlumat yayıb.

Bir müddət əvvəl Ukrayna ordusu Rusiyanın Kursk bölgəsində iki Şimali Koreya əsgərini əsir götürüb. Bu hadisə beynəlxalq aləmdə geniş rezonans doğurub. Zelenski sosial media platforması X üzərindən etdiyi açıqlamada yaxın günlərdə daha çox Şimali Koreya əsgərinin əsir götürüləcəyini bildirib:

"Əsgərlərimizin başqa Şimali Koreya əsgərlərini də ələ keçirməsi an məsələsidir. Dünyada artıq Rus ordusunun Şimali Koreyadan alınan hərbi yardıma ehtiyacı olduğuna dair heç bir şübhə qalmamalıdır."

Zelenski əlavə edib:

"Putin üç il əvvəl NATO-ya ultimatumlar verərək və tarixi yenidən yazmağa çalışaraq işə başladı, amma indi Pxenyanın hərbi dəstəyi olmadan davam edə bilmir."

Ukrayna Prezidenti əsir saxlanılan Ukrayna döyüşçülərinin Rusiya tərəfindən azad olunması üçün mübadilə prosesində Kim Çen In-ın iştirakı halında Şimali Koreyalı əsgərlərin geri qaytarılacağını vurğulayıb. Zelenski Şimali Koreya əsgərləri üçün başqa seçimlərin də mümkün ola biləcəyini qeyd edərək deyib:

"Xüsusilə Koreyada bu müharibə ilə bağlı həqiqətləri yayaraq sülhü yaxınlaşdırmaq istəyənlərə bu imkan veriləcəkdir."

Zelenski əsir götürülən iki Şimali Koreya əsgərinin iştirak etdiyi bir videonu da sosial media hesabında paylaşıb.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əsirlərə zəruri tibbi yardımın göstərildiyini və onların həyati təhlükəsinin olmadığını açıqlayıb. Əsir götürülən Şimali Koreya əsgərlərindən birinin Ukraynaya qarşı döyüşməyə deyil, təlim məqsədilə Rusiyaya göndərildiyini düşündüyü də qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri