Zelenski təsdiqlədi: Ukrayna o ərazilərə zərbə endirib KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Sankt-Peterburq yaxınlığındakı liman neft infrastrukturuna, eləcə də Kronştadta (Rusiya) zərbələr endirdiyini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında bildirib.
“Bu gecə Ukraynanın Rusiyaya qarşı bu müharibəyə görə tətbiq etdiyi uzaqmənzilli zərbələri Sanq-Peterburq yaxınlığında işə düşüb. Ukrayna Müdafiə Qüvvələri Rusiya müharibəsi üçün gəlir təmin edən liman neft infrastrukturuna zərbə endirib, həmçinin mühüm hərbi hədəf olan Kronştadta da hədəflər vurulub. Ukraynanın dövlət sərhədindən məsafə 850 kilometrdən çoxdur”, – o yazıb.
Daha əvvəl Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 04 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















