Zelenski Trampdan nə istəyib? Özü AÇIQLADI
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna prezidenti Volodimir Zelenski enerji fəlakətinin qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampdan "Patriot" raketlərindən ibarət "qış paketi" istəyib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə "Axios"a verdiyi müsahibədə bildirib.
O, qış mövsümündə enerji infrastrukturunu Rusiya zərbələrindən qorumaq məqsədilə Ukraynaya təcili olaraq "Patriot" ələkeçirici raketlərinin verilməsi üçün Trampa müraciət etdiyini deyib.
Zelenskinin sözlərinə görə, mövcud ehtiyatlar demək olar ki, tükəndiyi üçün Ukrayna qış başlayana qədər 300 ələkeçirici raket əldə etməyi hədəfləyir. O vurğulayıb ki, bu raketlər olmadan Rusiya milyonlarla ukraynalını elektrik və istiliksiz qoya bilər.
Zelenski həmçinin qeyd edib ki, Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziyaların verilməsi istiqamətində işləri davam etdirməyə razılaşıb. Bununla belə, kütləvi istehsal bir ildən beş ilə qədər vaxt apara bilər, halbuki "Patriot"lara çoxdan ehtiyac var.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















