Icma.az
close
up
RU
Zelenski Trampın dəstəyini itirib?

Zelenski Trampın dəstəyini itirib?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözləri ABŞ Prezidenti Donald Trampı o qədər qəzəbləndirdi ki, Kiyevə ayrılan hərbi yardımı tamamilə dayandırmağa hazır idi. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Axios"-a ABŞ administrasiyasının nümayəndələri məlumat veriblər.

Bildirilib ki, Zelenskinin düşünülməmiş addımları təkcə Trampı deyil, həm də ABŞ-nin vitse-prezidenti Cey Di Vensi, dövlət katibi Marko Rubionu və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsi də hiddətləndirib.

Qeyd olunub ki, Zelenski  hərəkətləri ilə Tramp administrasiyasının dəstəyini itirib. O, ABŞ-la nadir torpaq metalları üzrə saziş imzalamaqdan imtina edib və Trampın sözlərinə görə, Kiyevə səfəri zamanı ABŞ maliyyə naziri Skott Bessentlə “kobud rəftar” edib.

Münxendə keçirilən təhlükəsizlik konfransında Zelenski Vens və Rubionu gözlənilməz bəyanatları ilə təəccübləndirib. O, nadir torpaq metalları üzrə razılaşmanı təkbaşına təsdiqləyə bilməyəcəyini söyləyib və ictimai şəkildə bu razılaşmanı bağlamaqdan imtina edib.

Qeyd edək ki, Zelenskinin Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən məsləhətləşmələrlə bağlı “yerində olmayan” şərhləri və Ukraynanın da bu danışıqlarda iştirak etməsi tələbi Ağ Evdə daha böyük narazılıq yaradıb.

Daha sonra Tramp Zelenskini “diktator” adlandırıb, Ukraynada onun populyarlığının 4%-ə düşdüyünü vurğulayıb və ölkədə seçkilərin keçirilməsinə çağırıb.

Məlumata görə, Tramp administrasiyası üçün sonuncu damla Zelenskinin onu "Rusiyanın dezinformasiyasının qurbanı" adlandırması olub. Ağ Ev bunu təhqir kimi qəbul edib.

Vitse-prezident Vens Zelenskiyə Ağ Evin rəhbəri ilə açıq mübahisəyə girməməsini və ona qarşı hücumlardan çəkinməsini tövsiyə edib.

O, bunun ABŞ Prezidenti ilə münasibətləri yaxşı saxlamaq üçün "ən uğurlu yol olmadığını" bildirib.

Fevralın 19-da Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Vaşinqtonun müzakirə edəcəyi ikitərəfli məsələlər var və buna görə də Kiyevin danışıqlarda iştirak etməməsi ilə bağlı “isterikası” yersizdir. 

Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri