Şevçenko Mudrikin dopinqlə bağlı ittihamlarını böhtan adlandırdı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti Andrey Şevçenko Mixail Mudrikin Ukrayna millisinin ünvanına səsləndirdiyi dopinq ittihamlarına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
2024-cü ilin sonunda Mudrikin dopinq-testində meldonium aşkarlanıb. Bundan sonra İngiltərə Futbol Assosiasiyası (FA) yarımmüdafiəçini dörd il müddətinə futboldan uzaqlaşdırıb. 2026-cı ilin iyulunda bu cəza ləğv edilib və iyulun 31-də FA futbolçunun yenidən yarışlarda iştirakına icazə verib.
Mudrik son müsahibəsində qadağan olunmuş preparatın orqanizminə yalnız Ukrayna millisinin təlim-məşq toplanışı zamanı düşə biləcəyini bildirib.
Şevçenko isə bu iddiaları qəbul etməyib və hadisə ilə bağlı assosiasiyanın bütün zəruri yoxlamaları apardığını vurğulayıb:
“Mixael “Çelsi”nin futbolçusu olduqdan sonra klub UFA-ya məktub göndərərək ondan milli komandanın təlim-məşq toplanışları zamanı heç bir dərman preparatı istifadə etməməsini xahiş edib. Millinin məşqçilər korpusu bu xahişə əməl edib. Baş məşqçi Sergey Rebrov da toplanışlarda Mixailə iki şəxsi mütəxəssisin qoşulmasına icazə verib. Məhz onlar onun rejiminə, bərpa prosesinə nəzarət edir, gündəlik işlərində ona kömək edirdilər.
UFA bu məsələ ilə bağlı bütün zəruri yoxlamaları aparıb. Mudrikin nümayəndələrinin tələb etdiyi məlumatları onlara təqdim etmişik və bu işlə məşğul olan şəxslərlə əlaqə saxlamışıq. Milli komandada çalışan insanları uzun illərdir tanıyıram. Onlara güvənirəm. Çünki bu müddət ərzində komandada heç kimin peşəkarlığına şübhə yarada biləcək bir hadisə baş verməyib.
Əgər Mixail sözlərini təsdiqləyən sübutlara malikdirsə, onları təqdim etsin. Əks halda, ittihamlarını açıq şəkildə geri götürməsini və dürüstlüyünü, peşəkarlığını şübhə altına aldığı insanlardan üzr istəməsini gözləyirəm”, – deyə Şevçenko bildirib.
Xatırladaq ki, Mudrik 2023-cü ilin yanvarında 70 milyon avro qarşılığında Donetsk “Şaxtyor”undan “Çelsi”yə keçib. O, London klubunun heyətində 73 oyuna çıxaraq 10 qol vurub və 11 məhsuldar ötürmə verib. Futbolçunun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.
Bu mövsüm icarə əsasında “Tottenhem”də çıxış edən yarımmüdafiəçi London klubunun heyətində cəmi bir matçda iştirak edib. Hazırda o, sentyabrın əvvəlində məşq zamanı aldığı topuq zədəsindən bərpa olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















