Zelenski: Ukrayna nümayəndə heyəti Körfəz ölkələrinə gedib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərliyi etdiyi nümayəndə heyəti İran hücumlarına qarşı müdafiəni gücləndirmək üçün Körfəz ölkələrinə səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.
Zelenski bildirib ki, ukraynalı mütəxəssislər bölgədə həyatları qorumağa və vəziyyəti sabitləşdirməyə yardım edə bilərlər.
“Ukrayna dünyada hücum dronlarına qarşı müdafiə üzrə ən geniş təcrübəyə malikdir. Bizim təcrübəmiz olmadan Körfəz bölgəsində, bütün Yaxın Şərqdə və Avropa ilə Amerika tərəfdaşları üçün güclü müdafiə qurmaq çox çətin olar. Biz Ukraynaya kömək edənlərə yardım etməyə hazırıq”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 11 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















