ƏMTQ üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il olacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il olacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyətini davam etdirmək istəyən şəxs özü və ya onun işlədiyi hüquqi şəxs (ƏMTQ üzrə təşkilat) attestatının qüvvədəolma müddətinin son ilində növbəti attestat almaq üçün yenidən müraciət edərək imtahanlarda iştirak edə bilər. ƏMTQ üzrə qiymətləndirici ilk imtahandan sonra 2 dəfə eyni istiqamət üzrə attestat aldıqda, sonuncu attestat ona müddətsiz veriləcək. Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu müəyyən edilmiş şəxslər ixtisas attestatının verilməsi məqsədilə keçirilən imtahanlarda iştirak edəcəklər. İmtahanlarda iştirak ödənişlidir. İştiraka görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 27 Noyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















