Toyota nın qlobal istehsalı ardıcıl dördüncü aydır azalır
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor-un qlobal istehsalı ardıcıl dördüncü aydır ki, azalma nümayiş etdirir.
Banco.az xəbər verir ki, şirkətin açıqladığı məlumatlara əsasən, 2026-cı ilin oktyabrında avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azalaraq 852 min ədəddən bir qədər çox olub.
İstehsaldakı geriləmənin səbəbləri arasında Fars körfəzi regionundakı böhran fonunda yanacaq qiymətlərinin artması göstərilir.
Toyota-nın istehsalındakı ən ciddi geriləmə Çin bazarında qeydə alınıb. Şirkətin bu ölkədəki zavodlarında istehsal illik müqayisədə 26,5% azalıb. Buna səbəb kimi yerli avtomobil istehsalçıları ilə rəqabətin güclənməsi göstərilir.
ABŞ-da isə vəziyyət fərqli olub. Hibrid avtomobillərə tələbatın yüksək olması fonunda Toyota-nın satışları 4,5% artıb.
İstehsaldakı azalmaya baxmayaraq, "Toyota" 2026-cı ilin ilk yarısında qlobal avtomobil satışları üzrə liderliyini qoruyub.
Şirkət Daihatsu və Hino Motors daxil olmaqla, qrup şirkətləri ilə birlikdə bu dövrdə 5,39 milyondan çox avtomobil satıb.
Əsas rəqiblərindən biri olan Almaniyanın Volkswagen Qrupu isə eyni dövrdə təxminən 4,12 milyon avtomobil satıb.
Beləliklə, "Toyota" ardıcıl yeddinci ildir ki, dünya üzrə avtomobil satışlarında birinci yerdə qərarlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















