Icma.az
close
up
RU
Zelenski: Ukraynada seçkilərin nə vaxt və necə keçiriləcəyini Putin deyil, Ukrayna xalqı müəyyən edir

Zelenski: Ukraynada seçkilərin nə vaxt və necə keçiriləcəyini Putin deyil, Ukrayna xalqı müəyyən edir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Ukraynada seçkilərin nə vaxt və hansı formatda keçiriləcəyinə qərar verə bilməz.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Portuqaliyanın baş naziri Luiş Monteneqru ilə birgə keçirdiyi brifinq zamanı deyib.

Ukraynada seçkilərin keçirilib-keçirilməyəcəyi və onların müvəqqəti işğal olunmuş ərazilərdə təşkil olunub-olunmayacağı ilə bağlı suala cavab verən Zelenski bildirib ki, “Ukraynada seçkilərin nə vaxt və hansı formatda keçiriləcəyinə Putin deyil, yalnız Ukrayna xalqı, Ukrayna vətəndaşları qərar verir”. “Putin Ukrayna vətəndaşı deyil və buna görə də heç nəyə, xüsusilə də seçkilərin nəticələrinə təsir göstərə bilməz”, – deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, seçkilərdə Ukrayna vətəndaşları səs verir və ölkə daxilində ədalətli və şəffaf seçkilərin keçirilməsi mümkündür: “Burada hər zaman nümayəndələr, beynəlxalq müşahidəçilər olur və onlar seçkilərin legitimliyini qeydə alırlar. Eyni zamanda, xaricdə səsvermə təcrübəsi də mövcuddur”, - deyə o qeyd edib.

Bununla belə, Zelenski hazırkı şəraitdə seçkilərə gediləcəyi təqdirdə müəyyən çətinliklərin yaranacağını etiraf edib. Onun sözlərinə görə, xaricdə olan ukraynalıların sayı ilə bağlı məsələlər mövcuddur və bu istiqamətdə Xarici İşlər Nazirliyinə artıq konkret tapşırıqlar verilib: “Onların xaricdəki tərəfdaşlarımızla əlaqələri var. Səsvermənin rahat keçirilməsi üçün xaricdə mümkün infrastrukturun yaradılmasına yanaşmaq lazımdır”, – deyə prezident bildirib.

Zelenski vurğulayıb ki, seçkilər yalnız onların təhlükəsiz şəkildə keçirilməsi mümkün olduqda təşkil edilə bilər. O hesab edir ki, belə bir vəziyyətdə çoxlu sayda ukraynalı da xaricdən ölkəyə qayıdaraq səsvermədə iştirak edəcək.

Prezident qeyd edib ki, Ukraynanın nəzarətində olmayan, müvəqqəti işğal edilmiş ərazilərdə seçkilərin keçirilməsi mümkün deyil: “Bu ərazilərdə seçkilərin necə keçiriləcəyi hamıya bəllidir. Rusiya bunu həmişə etdiyi kimi edər: əvvəlcə nəticəni elan edər, sonra isə səsləri sayar”, - deyib.

“Müharibə şəraitində qanunvericiliklə bağlı müəyyən dəyişikliklər üzərində düşünmək olar. Amma təhlükəsizlik məsələsi əsasdır. Ukrayna vətəndaşlarının səsvermə imkanı təmin olunmalıdır”, – deyə o bildirib və əlavə edib ki, dövləti müdafiə edən hərbi qulluqçuların da səsvermədə iştirakı mütləqdir.

Təhlükəsizlik məsələsinə toxunan Zelenski qeyd edib ki, bu mövzu ABŞ-dan olan tərəfdaşlarla da müzakirə olunub: “Əgər bu məsələ qaldırılırsa, deməli, təhlükəsiz seçkilərin keçirilməsinə necə kömək etmək lazım olduğunu da bilirlər. Bu, ilk növbədə atəşkəs, müharibənin başa çatması və ya ən azı seçkilər dövründə atəşin dayandırılması ola bilər”, - deyə qeyd edib.

Xatırladaq ki, daha əvvəl Vladimir Putin Ukraynada seçkilər keçiriləcəyi təqdirdə, bu müddət ərzində Ukrayna ərazisinin dərinliklərinə zərbələrin endirilməsini dayandırmaq barədə “düşünməyə hazır olduğunu” bildirib.

O, həmçinin Rusiyada yaşayan Ukrayna vətəndaşlarının da səsvermə hüququna malik olduğunu iddia edib və Rusiya ərazisində guya 5–10 milyon Ukrayna vətəndaşının yaşadığını deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri