Zelenski: Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və bu il Rusiya ilə müharibəyə son qoymaqdır AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyev, 10 yanvar, AZƏRTAC
Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək.
AZƏRTAC “RBK-Ukrayna” istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “RaiNews24” telekanalına müsahibəsində bildirib.
Prezidentin fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.
Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukraynanın bu il müharibəni bitirmək üçün əlindən gələni edəcəyini deyib. Müharibəyə son qoymaq Rusiyanın deyil, Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Yanvar 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















