Icma.az
close
up
RU
Zelenski Vatikanda Trampla görüşünün yeni təfərrüatlarını açıqlayıb

Zelenski Vatikanda Trampla görüşünün yeni təfərrüatlarını açıqlayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 3 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ Prezidenti Donald Trampla görüşünün yeni təfərrüatlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında Vatikanda Trampla görüşünün nəticə verdiyini bildirib.

“Prezident Trampla, məncə, biz hamıdan yaxşı söhbət etdik. Bu, ən qısa görüş ola bilər, amma ən məzmunlu söhbət oldu. Komandalarımıza hörmətlə yanaşırıq, amma təkbətək format, mənim fikrimcə, işə yaradı”, - deyə Zelenski əlavə edib.

Zelenskinin sözlərinə görə, yerin təki sazişinin özü ABŞ-ın gələcək investisiyaların, xüsusən də Ukrayna və ukraynalıları hava hücumundan müdafiə ilə qorumağa imkan verir: “Biz hava hücumundan müdafiə sistemləri almağa hazırıq. Mən Trampa lazım olan məlumatı verdim və istərdim ki, ABŞ silahlarını almaq imkanı olsun”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, mayın 1-də Ukrayna və ABŞ arasında “yerin təki sazişi” kimi tanınan iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Sənədi Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko və ABŞ-ın maliyyə naziri Skot Bessent imzalayıblar. Müqavilə imzalandıqdan sonra Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko bildirib ki, Vaşinqton Ukrayna şəhərlərini Rusiyanın raket hücumlarından qorumaq üçün yeni hava hücumundan müdafiə sistemləri təqdim edə bilər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri