Zelenski və Merts Ukrayna HHM inin “Patriot”larla gücləndirilməsini müzakirə edib KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə görüşündə ölkənin hava hücumundan müdafiəsini (HHM) iki əlavə “Patriot” sistemi ilə gücləndirməyi müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
“Kansler Fridrix Merts ilə mühüm və mənalı görüş. Tərəfdaşlarla son təmaslarımız və müttəfiqlərlə gələcək qarşılıqlı fəaliyyətimiz, Almaniyanın yeni PURL təşəbbüsündə iştirakı, Ukraynanın hava hücumundan müdafiə sisteminin iki əlavə “Patriot” sistemi və onlar üçün raketlərlə gücləndirilməsi, etibarlı təhlükəsizlik zəmanətləri barədə danışdıq”, – o bildirib.
Ukrayna lideri Almaniya Kanslerinə ABŞ Prezidenti Donald Tramp və Avropa ölkələrinin liderləri arasında birgə onlayn konfrans təşkil etdiyinə görə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Avqust 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















