Icma.az
close
up
RU
Zelenski: Yaxın vaxtlarda Ukrayna tərəfdaşlarından yeni hərbi yardım paketləri alacaq

Zelenski: Yaxın vaxtlarda Ukrayna tərəfdaşlarından yeni hərbi yardım paketləri alacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 3 iyun, AZƏRTAC

“Yaxın günlərdə Ukrayna beynəlxalq tərəfdaşlarından yeni hərbi yardım paketləri alacaq. Həmçinin, Ukrayna silahlarının, xüsusən də dronlarının istehsalına yeni investisiyalar yatırılacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçirilmiş “Buxarest doqquzluğu” sammitindən sonra təşkil olunmuş mətbuat konfransında bəyan edib.

Zelenskinin sözlərinə görə, o, xarici liderlərlə Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi “Hörümçək toru” əməliyyatını da müzakirə edib.

Dövlət başçısı bildirib: “Bu əməliyyat müasir müharibənin əslində necə göründüyünü və texnologiyalarda niyə daim önə keçmək lazım olduğunu nümayiş etdirdi. PUA-ların istehsalı sahəsindəki bütün investisiyalarımız, döyüş meydanındakı ortaq təcrübəmiz, tərəfdaşlarımızla birgə atdığımız bütün addımlar Avropanı daha da gücləndirir. Bu gün biz tərəfdaşlarımızla bir neçə ortaq qərar qəbul etdik ki, bu da təhlükəsizliyimizi daha da artıracaq. Yardım göstərməyə hazır olan hər kəsə təşəkkür edirəm. Yeni yardım paketləri silah istehsalına, xüsusilə dronlara yönəldiləcək yeni investisiyalar olacaq”, – deyə Prezident qeyd edib.

Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti “Hörümçək toru” adlı əməliyyat həyata keçirib. Bu əməliyyatın hazırlanması bir ildən artıq davam edib. Əməliyyat zamanı Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus pilotsuz uçuş aparatları eyni anda bir neçə Rusiya hərbi aerodroma hücum edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun sözlərinə görə, hücumlar nəticəsində Rusiyanın 41 ədəd strateji bombardmançı təyyarəsi sıradan çıxarılıb. Bunların arasında A-50, Tu-95, Tu-22M3 və Tu-160 tipli təyyarələr də var.

Ümumilikdə Rusiya Silahlı Qüvvələrinin əsas aerodromlarında yerləşən strateji qanadlı raket daşıyıcılarının 34 faizi zərərsizləşdirilib. Ukrayna tərəfinin məlumatına əsasən, zərər vurulan strateji aviasiyanın dəyəri təxminən 7 milyard ABŞ dollarına bərabərdir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri