Icma.az
close
up
RU
Zelenski yeni reallıqları qəbul etmək istəmir

Zelenski yeni reallıqları qəbul etmək istəmir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ukraynanın iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında ikitərəfli danışıqların aparılması ukraynalılarla yanaşı, dünya birliyini də şoka salıb. Bu mənada Ukrayna prezidenti Vladimir Zelenskinin Tramp-Putin danışıqlarının nəticələrinə məyus və əsəbi reaksiyasını başa düşmək olar. O bildirib ki, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqların nəticələrini qəbul etməyəcək. Zelenski həmçinin, ABŞ prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışmasını olduqca xoşagəlməz hal kimi qiymətləndirib.
Göründüyü kimi Zelenski yeni reallıqları qəbul etmək istəmir və buna hazır deyil. Yeni reallıqları isə ABŞ-ın yeni prezidenti Donald Tramp diktə edir. Seçki kampaniyasının gedişində tez-tez "Öncə Amerika!" şüarını səsləndirən D.Tramp bu gün Yaxın və Orta Şərqdəki münaqişəni də, Rusiya-Ukrayna müharibəsini də ilk növbədə məhz ABŞ-ın maraq və qazanclarından, dividentlərindən çıxış edərək həll etməyə çalışır. Burada sözsüz ki, Trampın biznesmen keçmişi də kifayət qədər ciddi təsirə malikdir. O, hər şeyə mənfəət gözüylə baxır. Ukrayna məsələsi də Trampın baxış açısından ABŞ üçün böyük mənfəətlər əldə etmək imkanı yaradır.
Bu müharibəni dondurmaqla ABŞ həm Rusiyanı neytrallaşdıra və Çinə qarşı təzyiqləri artırmaq imkanı əldə edə bilər, həm də Ukraynaya dəstəyini davam etdirməsinin qarşılığında Vaşinqton Kiyevdən olduqca sərfəli zəmanət almağı düşünür. Söhbət ABŞ-ın Ukrayna ordusuna maddi və hərbi-texniki dəstəyinin əvəzində zəmanət olaraq Ukraynanın nadir torpaq sərvətlərini almaq planından gedir. Tramp açıq şəkildə bəyan edir ki, “beləliklə, biz pulumuz qarşılığında zəmanət alırıq. Biz pulumuz qarşılığında – onların nadir torpaqları, nefti və qazı və başqa çox şeyləri var ki, onları zəmanət olaraq alacağıq. Və biz pulumuza zəmanət istəyirik. Onlar buna razılaşıb. Ukrayna buna razılaşıb".
Şübhəsiz ki, Tramp bu yolla Birləşmiş Ştatları Ukrayna müharibəsinin doğurduğu əlavə xərclərdən azad etməyə cəhd göstərir və eyni zamanda ABŞ-ın indiyə qədər Ukraynaya göndərdiyi böyük məbləğdə yardımları kompensasiya etməyə çalışır. Bunu Zelenski də başa düşür və ona görə də Trampın fürsətçi şərtləri ilə məcburən də olsa razılaşıb. Lakin bu razılaşmanın qarşılığında Zelenski də Trampdan etibarlı zəmanət istəyir. Zelenski özünün yeganə zəmanət tələbini vurğulayıb – Ukraynanın NATO-ya üzv olması və təhlükəsizlik təminatı. "Mən prezident Trampdan istəmişəm ki, bizə bu təhlükəsizlik zəmanətlərini versin, Ukraynaya kömək etsin, bizi gücləndirsin”,- Volodimir Zelenski deyib.
Lakin Trampla Putinin razılaşmasının üzə çıxan ilkin detalları isə onu göstərir ki, Zelenskinin tələb etdiyi bu zəmanətlər havadan asılı qalacaq və bu razılaşmanın son nəticəsində yeganə uduzan tərəf də məhz Ukrayna olacaq. Belə ki, nəticə etibarilə tərəflərdən biri (yəni ki, Rusiya) əraziləri götürür, o biri isə Ukraynanın sərvətlərini ələ keçirir. Ortada bədbəxt olan yeganə tərəf isə Ukrayna xalqı olur. Məhz buna görə də ABŞ prezidenti “Ukrayna 2014-cü il öncəki sərhədlərini unutsun və Rusiya ilə barışsın” deyir. Odur ki, Ukraynanın prezidenti “bizsiz anlaşma olmaz” desə də, lakin sonda ABŞ-sız Rusiyaya qarşı savaşı davam etdirə bilməyəcəyini anlayaraq, istər-istəməz Trampın şərtlərini qəbul etməli olacaq. Bu isə həm Ukraynanın, həm də ki, şəxsən Zelenskinin məğlubiyyətini təsdiqləyəcək. Və belə bir əzici məğlubiyyətin məntiqi nəticəsi kimi Zelenski atəşkəsin əldə edilməsindən dərhal sonra böyük siyasətdən gedəcək.
Beləliklə, Ukrayna xalqı torpaqları işğal olunmuş xalq taleyini yaşamağa başlayacaq. Bu, həqiqətən də acı sonluqdur. Vaxtilə biz də Birinci Qarabağ müharibəsindən sonra oxşar acıları yaşamışıq. Torpaqlarımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Lakin biz bu ağır sınaqdan üzüağ çıxmağı bacardıq. Prezident İlham Əliyevin uğurlu siyasəti və Ordumuzun rəşadəti sayəsində Qələbə qazanmağı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyi, separatçılığın kökünü kəsməyi bacardıq. Ümid edək ki, Ukrayna da nə vaxtsa öz ərazi bütövlüyünü bərpa etməyi bacaracaq. Azərbaycanın Zəfər tarixi separatçılıqdan və işğaldan əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Fevral 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri