Zelenskidən Avropaya üç təcili çağırış: “Bunlara indi ehtiyacımız var”
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə hava hücumundan müdafiə sistemləri üçün raketlər, F-16 qırıcıları üçün döyüş sursatları və enerji dəstəyi göstərilməsi ilə bağlı müraciət edib.
Bizim.Media xəbər verir ki, Zelenski bu çağırışları “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında çıxışı zamanı səsləndirib.
Ukrayna lideri ilk növbədə “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorlara ehtiyac duyduqlarını bildirib. O, Avropa ölkələrini bu məsələyə ciddi yanaşmağa və lazımi raketlərin təmin edilməsinə kömək etməyə çağırıb.
Zelenski ikinci müraciətində F-16 qırıcıları və onlar üçün döyüş sursatlarının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna F-16 təyyarələrindən Rusiyanın reaktiv “Şahid” dronlarını zərərsizləşdirmək üçün istifadə edir. Rusiya isə bu dronların istehsalını və onlarla hücumların sayını artırmağı planlaşdırır.
Üçüncü müraciət enerji dəstəyi ilə bağlı olub. Zelenski bildirib ki, Ukraynaya artıq noyabr ayından başlayaraq və bütün qış boyunca enerji sahəsində yardım lazımdır. Onun sözlərinə görə, Ukrayna tərəfi ehtiyac duyulan avadanlıqların siyahısını da hazırlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Noyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















