Icma.az
close
up
RU
Zelenskidən gözlənilməz GEDİŞ Nadir torpaq ehtiyatları haqqında sazişin MÜƏMMALI AQİBƏTİ

Zelenskidən gözlənilməz GEDİŞ Nadir torpaq ehtiyatları haqqında sazişin MÜƏMMALI AQİBƏTİ

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Amerika Prezidenti Donald Trampın istəyinə uyğun olaraq ABŞ və Ukrayna arasında nadir torpaq ehtiyatları haqqında sazişin imzalanması arxa plana keçib. Belə ki, tərəflərin müəyəyn narazılığından sonra cari ilin fevralında sazişin yekun variantı nəhayət işlənib hazırlandı.
Martın sonlarına yaxın isə ABŞ Ukraynaya yeni, daha böyük mineral ehtiyatlar üzrə saziş təklif edib. Zelenski deyib ki, Amerika tərəfi dərhal Kiyevə öz baxışları ilə bağlı böyük razılaşma təklif edib.

Lakin sonradan proses sanki “tormozlandı” və indiki vəziyyətdə sazişin gündəmdən düşdüyü hiss olunur.
Saziş layihəsinin detalları
Qeyd edək ki, sənədə əsasən nadir torpaq metalları müqaviləsinin əsas müddəaları aşağıdakılardır:
- İnvestisiya fondunun yaradılması – Ukrayna və ABŞ Bərpa Fondunu bərabər şəkildə idarə edəcək.
- Təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilməsi-Müqavilə Ukraynanın NATO-ya qoşulmasına dəstək verilməsini və ya alternativ təminatların nəzərdən keçirilməsini ehtiva edərək, təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul edilir.
- Fondun maliyyələşdirilməsi-Ukrayna icarə haqları, faydalı qazıntılara lisenziyalar və infrastruktur obyektlərindən əldə olunan dividendlərin 50 faizini fonda yönəldəcək.
- ABŞ və Ukraynanın birgə töhfələri – Fondun vəsaitləri Ukraynanın yenidən qurulması, iqtisadi inkişafı və təhlükəsizliyinə sərf olunacaq.
- Ukraynanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin tanınması-Ukraynanın nüvə arsenalından imtinası qeyd edilir və Budapeşt Memorandumuna istinad olunur.
Fond Ukrayna və ABŞ hökumətləri tərəfindən birgə idarə olunacaq.
Müqavilənin gecikməsinə səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Zelenski artıq Trampın qeyri-ciddi siyasət yürütdüyünü anladığından, özünü xamlığa vuraraq, məsələni müzakirə edəcəyini deməklə sadəcə prosesi uzadır:
“Əslində, mineral ehtiyatlar haqqında saziş yaddan çıxmayıb. Amerika müqavilə layihəsini Kiyevə göndərərək, Zelenskidən onu imzalamağı tələb edir. Həmin müqavilə layihəsi isə tamamilə müstəmləkəçi və səfeh bir layihədir. Rəsmi Kiyev görür ki, Tramp adminstrasiyası Ukrayna dövləti və xalqını heç saya almır. Bütün dünyada nadir metallar bazarının 80 faizi Çin ərazisindədir. Ukrayna ərazisindəki nadir metalların əsas hissəsi isə işğal altında olan Donetsk və Luqansk ərazisindədir. Digər tərəfdən, həmin nadir metalların mühüm hissəsi çoxdan Ukrayna şirkətlərinə satılıb. Bunu necə həll edəcəklər?”
Ekspert qeyd edir ki, Tramp mənasız qərarlar verir, bu gün qəbul etdiyini sabah ləğv edir:
“Bunu rüsumların tətbiqi məsələsində aydın şəkildə gördük. ABŞ-ın maliyyə nazirinin Zelenskiyə təqdim etdiyi müqaviləyə görə, Kiyev atom stansiyaları, limanları və nadir metallarını Amerikaya verməlidir. Tramp Ukraynaya silah vermir, onu elə hədələməkdə davam edir. Zelenski də artıq görür ki, Tramp qeyri-ciddi şəxs olaraq qeyri-ciddi siyasət yürüdür. Onu görə özünü xamlığa vuraraq, məsələni müzakirə edəcəyini deməklə prosesi uzadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri