Zelenskidən Patriarx Kirill, Matvienko və Kirkorovla bağlı sərəncam
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli, Federasiya Şurasının sədri Valentina Matvienkonu, eləcə də digər siyasi və mədəniyyət xadimlərinin Ukrayna dövlət mükafatlarından məhrum edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sənəd Ukrayna Prezidentinin saytında dərc olunub.
Sənədə əsasən, 24 nəfər Ukraynanın dövlət mükafatlarından həmişəlik məhrum ediləcək. Onların arasında Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovla yanaşı, müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy, dirijor Valeri Gergiev də var.
Həmçinin, dövlət mükafatlarından “Başqa Ukrayna” hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – Həyat üçün” partiyasının keçmiş lideri Viktor Medvedçuk, Radanın keçmiş deputatları Taras Kozak, Andrey Derkaç və Oleq Tsaryov, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Baş nazirin müavini Dmitri Tabaçnik, Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski də məhrum edilib.
Bundan başqa, siyahıda Ukrayna əsilli müğənnilər Ani Lorak və Taisiya Povaliy də var.
Bu mövzuda digər xəbərlər:Patriarx Kirill Azərbaycanda səfərdədir
03 May 2025 15:24
Patriarx Kirill Simonyana orden verdi
06 Aprel 2025 22:39
Patriarx Kirill ölüm hökmünü dəstəklədi
04 Noyabr 2024 19:28
Patriarx Kirill ölüm hökmünü pisləmir
05 Noyabr 2024 15:57
Patriarx Kirill zərbaycana başsağlığı verib
17 Yanvar 2025 16:03
Baxış sayı:119
Bu xəbər 22 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















