Icma.az
close
up
RU
Zelenskini çətiri altına alan Ərdoğanın planları nədir? AÇIQLAMA

Zelenskini çətiri altına alan Ərdoğanın planları nədir? AÇIQLAMA

Icma.az, Metbuat saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski mühüm görüş zamanı bir çətir altında dayanarkən görüntüləniblər. Foto iki ölkə arasındakı münasibətlərin möhkəmliyini və çətin dövrlərdə birgə dayanmaqla bağlı mesaj verir.

Bəs Türkiyənin hazırki strategiyasında Ukrayna hansı mövqedədir?

Politoloq Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyənin Ukraynaya münasibətində heç bir dəyişiklik yoxdur:

“2022-ci ilin fevralından bu yana Türkiyə açıq şəkildə bəyan edir ki, Ukraynanın ərazi bütövlüyünün qorunması mövqeyindədir və Krım konfransında da həmişə aktiv şəkildə iştirak edib. Türkiyə eyni zamanda, sülhün təmin olunması üçün həlledici addımlar atıb. 2022-ci ilin martında Türkiyənin vasitəçiliyi ilə İstanbulda ilkin də olsa, mühüm razılaşma əldə olunmuşdu. Sonradan hətta “Ərdoğan sülh planı” ortaya çıxdı və mən hesab edirəm ki, bu, Ukrayna üçün əlverişli bir plan idi”.

Siyasətçinin sözlərinə görə, bundan artıq Türkiyənin imkanları məhduddur:

“İndiki şəraitdə Ukrayna üçün həlledici əhəmiyyətə malik olan ölkə ABŞ-dir və onun tutduğu mövqedən çox şey asılıdır. Çox təəssüf ki, ABŞ Rusiyaya daha yaxın mövqe tutmaq yolunu seçdi. Bunun səbəbi də aydındır. Real vəziyyət ondan ibarətdir ki, ABŞ-nin Rusiyaya təzyiq imkanları, üstəlik qısa müddət ərzində elə də geniş deyil. Əgər Rusiyaya təzyiq yolu seçilsə, bunun üçün ən azı iki-üç il vaxt tələb olunur. Ancaq Ukraynanı iki-üç ay ərzində müəyyən güzəştlərə məcbur etmək mümkündür. Təəssüf ki, Tramp da məhz Ukraynaya təzyiq yolunu seçdi və hər gün Ukrayna əleyhinə, onun prezidenti əleyhinə bəyanatlar verir”.

A.Səmədov bildirib ki, Türkiyənin Ukraynanın təhlükəsizliyi üçün qarant rolunu oynaması və Ukraynaya hərbi qüvvələr yeritməsi uzun müddətdir gündəmdə olan məsələdir:

“Ancaq burada Türkiyənin təkbaşına qərar vermək imkanı yoxdur. Türkiyə yalnız kollektiv şəkildə qərar qəbul edildikdən sonra bu istiqamətdə müəyyən addımlar ata bilər. Ona görə də Türkiyənin dünyada oynadığı rolu nə kiçiltməyə, nə də həddindən artıq böyütməyə ehtiyac var. Türkiyənin bu məsələdə imkanları elə də böyük deyil. Çox təəssüf ki, Türkiyənin Ukrayna üçün 2022-ci ilin martında yaratdığı imkandan istifadə etməyə ABŞ və Böyük Britaniya imkan vermədi”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri