Icma.az
close
up
RU
Zelenskinin Bakıdan verdiyi mesaj: Sülh üçün yeni ünvan

Zelenskinin Bakıdan verdiyi mesaj: Sülh üçün yeni ünvan

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanla Ukrayna arasında əlaqələr heç vaxt situativ  xarakter daşımayıb,  hər zaman sıx olub. Çünki  Bakı ilə Kiyev arasındakı münasibətləri siyasi etimad, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq üzərində qurulub. Hətta müharibə şəraitində belə Bakı Kiyevə dəstəyini davam etdirib”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 
O bildirib ki, Azərbaycan müharibə dövründə Ukraynaya davamlı olaraq humanitar yardım, enerji və sosial sahədə dəstək verib. “Bu baxımdan Bakının dəstəyi Kiyev tərəfindən yüksək qiymətləndirilir. Bu isə onu göstərir ki, münasibətlər təkcə siyasi sahədə deyil, digər sahələrdə   iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, hərbi-texniki sahədədə tyüksək səviyyədədir”, - o vurğulayıb.
Deputat əlavə edib ki, enerji sahəsi Bakı-Kiyev münasibətlərinin əsas sütunlarından biridir. “SOCAR-ın Ukraynada uzun illərdir fəaliyyəti artıq formalaşmış əməkdaşlıq modelidir. Lakin bu gün tərəflər daha irəli gedərək yeni enerji layihələri, alternativ enerji əməkdaşlığı, logistika və tədarük zəncirləri üzərində işləməyə hazır olduqlarını göstərirlər. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, investisiya və ticarət kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi gündəmdədir.
Ən diqqətçəkən istiqamətlərdən biri isə hərbi sənaye sahəsidir. Həm Azərbaycan, həm də Ukrayna bu sahədə ciddi potensiala malikdir. Birgə istehsal və texnologiya mübadiləsi perspektivləri göstərir ki, tərəfdaşlıq artıq siyasi və iqtisadi çərçivəni aşaraq təhlükəsizlik və müdafiə müstəvisinə keçir. Bu isə münasibətlərin strateji səviyyəsini daha da yüksəldir”.
Azərbaycanın  Kiyevlə Moskva arasında dialoq platformasına çevrilməsi ilə bağlı Zelenskinin səsləndirdiyi fikirlərə gəldikdə deputat qeyd edib ki, Bakının artıq belə bir təcrübəsi var və indiyədək bir çox münaqişə tərəfi olan ölkələrə problemlərini həll etməsi üçün uğurlu ev sahibliyi edib. “Ona görə də Zelenskinin də Azərbaycanın potensial danışıqlar məkanı kimi çıxış edə biləcəyini vurğulaması təsadüfi deyil. Bu, Bakının artıq etibarlı tərəfdaş, neytral platforma və regional sabitlik aktoru kimi qəbul edildiyini göstərir, - o qeyd edib.
Onun fikrincə, bu səfərin əsas geosiyasi mesajı ondan ibarətdir ki, Azərbaycan artıq yalnız region ölkəsi deyil: “Azərbaycan eyni zamanda  Şərqlə Qərb arasında körpüdür,  enerji təhlükəsizliyinin təminatçısıdır  və diplomatik balans mərkəzidir. Bu isə Bakını həm Avropa, həm də postsovet məkanında strateji oyunçuya çevirir. Bu da Bakı-Kiyev   münasibətlərini daha da gücləndirən amildir. Bu görüş bir daha göstərdi ki, Azərbaycan-Ukrayna münasibətləri sabit və davamlıdır. Tərəflər əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətindədir. Nəticədə Bakı regional deyil, beynəlxalq səviyyədə söz sahibinə çevrilir. Ən önəmlisi isə Azərbaycan artıq təkcə tərəfdaş deyil, həm də dialoq quran, sabitlik yaradan və prosesləri istiqamətləndirən aktordur. Bu isə yeni dünya düzənində ən böyük üstünlüklərdən biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Aprel 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri