Icma.az
close
up
RU
Zəli ilə müalicə

Zəli ilə müalicə

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bilmədiyimiz fəsadları...

Kimlərə zəli qoydurmaq olmaz?

Qədim zamanlardan insanlar xəstəliklərin müalicəsində müxtəlif vasitələrə əl atıblar. Həmin müalicə üsullarından biri də zəlidən istifadə olub. Müalicənin çox qəribə adı da var-hirudoterapiya. Uzun illər öncə zəlidən Qədim Yunanıstan, Hindistan, Misir və Çində də geniş istifadə olunub. Kraliça Kleopatranın Yuli Sezardan hamilə qalması zəlilər sayəsində olduğuna dair bir əfsanə də var. Bundan sonra hətta Misir fironlarının məzarlarının divarlarında zəli təsvirləri görünməyə başladı.

Orta əsrlərdə hirudoterapiyanın piylənməyə qarşı kömək etdiyi aşkar edilmişdi. Qədim kitabxanaların materiallarında aparılan qazıntılar zamanı həkimlərin heyrətamiz nəticələri qeyd etdiyi əlyazmalar tapılıb. Əlyazmalarda qeyd edilmişdi ki, zəli vasitəsilə insanlar çətinlik çəkmədən 10 kq-a qədər arıqlaya bilirlər. Bundan başqa, zəlilərin köməyi ilə ürək problemləri, başgicəllənmə, nəfəs darlığı, sonsuzluq müalicə edilirdi. Hirudoterapiyanın çiçəklənmə dövrü XVIII əsrin sonu və XIX əsrin əvvəllərinə təsadüf edir. Demək olar ki, hər şeyi müalicə etmək üçün istifadə olunurdu.

Zəli ilə müalicə bu gün də var. Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Lakin zəlinin fərdi olaraq ziyanı ola bilər. Belə ki, bu müalicə üsulu bütün xəstələrə tətbiq oluna bilməz.

Bu, absurd yanaşmadır...

Fitoterapevt Füzuli Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, zəli insan orqanizmi üçün çox faydalıdır. Onun sözlərinə görə, zəli qoydurduqdan sonra qan durulur, maddələr mübadiləsi yaxşılaşır. Lakin mütəxəssis özbaşına qoyulan zəlilərin fəsadlara yol aça biləcəyini xüsusi vurğulayıb: “Məsələn, bəzi pasiyentlər tromblardan əziyyət çəkərkən ağrı olan nahiyəyə zəli qoyurlar, amma düşünmürlər ki, digər yerlərdəki tromblar qopub fəsad verə bilər. Bəziləri deyir ki, zəlinin yerindən qan axmalıdır, özü dayanmalıdır. Bu, absurd bir yanaşmadır və düzgün deyil. Bir sutkaya əgər 2 litr qan itirilirsə, bu, bilirsinizmi nə deməkdir? Bunun axırı ölüm də ola bilər. Ona görə də bu məqamların hamısını nəzərə almaq lazımdır. Zəli qoyarkən ehtiyatlı olmaq vacibdir. Nəyə görə zəli qoyulur, hansı nahiyəyə qoyulmalıdır - bunların hamısını bilmək mühümdür.

Adətən tibb bacıları, masajçılar zəli qoyurlar, amma yenə də həkim rəyi olmalıdır. Həkim rəyi olmadan bu, çətin məsələdir. Bədəndəki zəli qoyulacaq nöqtələri bilmək mütləqdir. Zəlidən sonra diqqət edilməlidir. Pasiyent gözləməlidir ki, qanaxması olmasın. Qan dayandıqdan sonra pasiyent yola salınmalıdır”.

Zəli qoyulmadan öncə bəzi analizlər verilməlidir

Mütəxəssis zəlidən istifadədən öncə mütləq müəyyən analizlərin verilməli olduğunu deyib: “Ən azından şəkər, laxtalanma və qanın ümumi analizi mütləq verilməlidir ki, həmin xəstəyə zəli qoymağa icazənin olub-olmadığı dəqiq məlum olsun. Çünki elə xəstəlik ortaya çıxa bilər ki, həmin xəstəyə zəli qoymaq düzgün deyil. Bu zaman xəstə aidiyyəti üzrə mütəxəssisə yönləndirilməlidir ki, xəstəliyi ilə bağlı rəy versin”.

Bu şəxslərə zəli qoymaq olmaz...

F.Hüseynov qeyd edib ki, qanazlığı olan şəxslərə zəli qoydurmaq olmaz: “Belələri üçün zəli əks göstərişdir. Çünki xəstənin halı pisləşəcək. Bundan başqa, zəlinin yerindən qan axdıqdan sonra bağlanmalıdır ki, qanaxma verməsin. Eyni zamanda bəzi hallarda zəliyə qarşı allergiyalı insanlar olur. Birinci seansda bu, özünü biruzə verir. Bədən zəli qoyduqdan sonra səpməyə başlayır. Bədxassəli şişlərdə, şəkərli diabet olan insanlara da zəli qoymaq olmaz”.

Bir zəlidən yalnız bir dəfə istifadə edilməlidir...

Zəlinin növlərinin çox olduğunu deyən fitoterapevt, bir zəlidən ikinci dəfə istifadə etməyin doğru olmadığını bildirib. Onun sözlərinə görə, zəli yalnız bircə dəfə istifadə edilməlidir.

F.Hüseynov sözlərinə görə, normada zəli hər 7 gündən bir 10, 8, 6, 4 ədəd və ya hər 3-4 gündən bir 3-5 ədəd qoyula bilər: “Bu, insanın qan tərkibindən, qan təzyiqindən və ümumi vəziyyətindən asılı olaraq təyin olunur. Xəstəlikdən asılı olaraq, 10, 20, 30, 50, 80 və daha çox zəli istifadə oluna bilər. Bəzi hallar istisnalıq təşkil edir, məsələn, ayağında irinli iltihab olan bir xəstəyə 150 ədəd zəli təyin edilə bilər və yalnız bundan sonra sağalma başlayır.

Məsələn, miqreni olan xəstəyə 6 ədəd zəli qaraciyər üstünə, 2 ədəd sağ qulaq arxasına, 2 ədəd sol qulaq arxasına, sonrakı 10 gündə boyuna, sonra kürəyə, sonra belə, sonra büzdümə və sonda yenə axırıncı 10 ədəd zəli saç diblərinə, gicgaha və boynun arxasına qoyulmalıdır”.

Müalicə ildə 2 dəfə aparılmalıdır...

Mütəxəssis bildirib ki, bəzən tək ağrıyan yerə zəli qoymaqla kifayətlənirlər, lakin bu, düzgün deyil: “Çünki birinci seansda zəlini ağrıyan yerə qoyandan sonra mütləq qaraciyərüstü, boyun, kürək, bel, büzdüm, dizlərə, topuqlara qoymaq, sonda yenə ağrıyan hissəyə qoyub müalicəni bitirmək lazımdır. Və yaxud məsələn, xəstədə boyunda osteoxondroz varsa, həftədə 8 ədəd zə li qoyulursa, onda hər həftə 3-4 ədəd boyuna, qalanları isə növbə ilə kürəyə, belə, büzdümə qoyula bilər. Nə üçün zəli başqa nahiyələrə də qoyulmalıdır? Çünki zəlinin ağız suyundakı hirudin və hirudinin tərkibindəki 105 ferment bizim qan damarlarımızla bütün bədənimizə yayılır və bununla da pozulmuş qan dövranını bərpa edir, toxumaların daha yaxşı qidalanmasını təmin edir.

Ümumiyyətlə, zəli müalicəsi ildə 2 dəfə-yaz və payız fəslində aparılmalıdır, bu tip müalicə profilaktik müalicədir, xəstəliklərdən asılı olaraq zəlinin sayı və müalicə müddətləri dəyişə bilər”.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:506
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri