Icma.az
close
up
RU
Hirudoterapiya (zəli ilə müalicə)

Hirudoterapiya (zəli ilə müalicə)

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur.

Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür.

Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar kistaları və s.) zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi "vasitədir". Onu qeyd etmək lazımdır ki, zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən yaxşı nəticələr verir.

Hirudoterapiya kosmetologiyada da istifadə olunur.  Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.

Lakin hirudoterapiya (latın dilində - "zəli ilə müalicə") yalnız təcrübəli əllərdə insana xeyir gətirə bilər. İlk növbədə hirudoterapiya yalnız həkim tərəfindən təyin olunmalıdır. Məsələ burasındadır ki, bəzi xəstəliklər zamanı zəli ilə müalicə əks göstəriş sayılır. İlk növbədə söhbət bəzi qan (hemofiliya, ağır anemiyalar və s.) xəstəliklərindən və həmçinin allergik və onkoloji xəstəliklərindən gedir. Hipotoniyadan (qan təzyigin daim normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun gəlmir.

Hirudoterapiya seansını lazım olan səviyyədə yalnız bu işdə təcrübəsi olan həkim keçirdə bilər. Heç bir halda ara "həkimlərinə" və s. "mütəxəssislərə" müraciət etməyin! Yalnız təcrübəli həkim insan bədənində olan xüsusi nöqtələri tanıyır ki, zəlinin məhz bu nöqtələrdə yerləşməsi müalicəvi effekt verə bilər. Müxtəlif xəstəliklər zamanı bu nöqtələr də müxtəlif olur.

Seans zamanı xüsusi fermalarda yetişdirilən tibbi zəlilərdən istifadə olunur. Bu zəlilər tam sterildir. Zəli yalnız 1 dəfə istifadə olunur. "İstifadə olunmuş" zəli seansdan dərhal sonra öldürülür. Zəli ilə müalicə ən təhlükəsiz müalicə üsullarından biri kimi qiymətləndirilə bilər ki, burada infeksiyalaşma təhlükəsi sıfıra bərabərdir.

Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı  1 və ya bir neçə zəli istifadə oluna bilər.  Yapışdıqdan sonra zəli qan sovrumağa başlayır. Bəzi məlumatı olmayan insanlardan eşidmək olur ki, zəli ilə müalicə anemiyaya (qanazlığı) səbəb ola bilər. Bu mümkün deyil. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sovura bilər. Doyunca sovurduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür.

Maraqlıdır ki, xəstənin qanında alkohol varsa və ya seansdan əvvəl insan siqaret çəkibsə, zəli ona yapışmır.

Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) edir ki, bu sekret insanın qanına düşür və, demək olar, insan  orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir. Nəzərinizə çatdıraq ki, bir çox müalicə vasitələrindən fərqlı olaraq zəli ilə müalicə heç bir mənfi yanaşı təsir vermir.

Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri isladmaq olmaz. Yaraların  infeksiyalaşmaması üçün onları qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see410

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see319

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see268

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see256

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see227

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see225

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see209

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see166

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri