Zəlzələ Balıkesirdə 729 tikiliyə ziyan vurub
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Avqustun 10-da Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində dəyən zərərin hesablanması işləri başa çatıb.
Hesablamalara əsasən yeraltı təkanlar nəticəsində ümumilikdə 729 tikilinin ağır zədələ aldığı müəyyən olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Onun sözlərinə görə, yeraltı təkanlar zamanı Balıkesirdə 624 tikili, zəlzələdən təsirlənən Manisada isə 105 tikili ağır zədələnib. Nazir qeyd edib ki, ağır zədələnmiş binalar vaxt itirilmədən söküləcək və yenidən tikinti işlərinə başlanılacaq. ilkin mərhələdə Sındırgıda may ayında inşası başa çatdırılaraq 100 evin istifadəyə verilməsi planlaşdırılır.
"Cebheinfo.az"
Baxış sayı:53
Bu xəbər 16 Avqust 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















