Icma.az
close
up
RU
Zəlzələdə zədələnmiş tarixi bazar yenidən açılıb

Zəlzələdə zədələnmiş tarixi bazar yenidən açılıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2023-cü ilin fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdə zərər görən Kahramanmaraşdakı tarixi örtülü bazar bərpa işləri başa çatdıqdan sonra yenidən açılıb. Dulkadiroğlu rayonundakı təxminən 6 əsrlik ticarət mərkəzinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin koordinasiyası altında Mənzil İnkişafı İdarəsi (TOKİ) tərəfindən həyata keçirilən bərpası 14 aydan sonra başa çatıb.

Tacir, ayaqqabı ustası və dülgər bölmələrindən ibarət olan bazarın təxminən 2700 kvadratmetrlik örtülü sahəsi var. 140 dükandan 18-i yenidənqurma metodu ilə, orijinal formasına uyğun olaraq yenidən qurulub, 122 dükan isə bərpa olunub. İşlər zamanı tarixi strukturun orijinal teksturası qorunub saxlanılıb və bölgəyə xas daşlardan istifadə etməklə zəruri hissələrdə qismən daş dəyişdirilib. Elektrik, işıqlandırma, yanğın aşkarlama və söndürmə infrastrukturu və yağış suyu drenaj sistemi də tamamilə yenilənib.

Bərpa işləri başa çatdıqdan sonra dükan sahibləri yeni iş yerlərinə köçüb, hazırlıqlarını başa çatdırıblar və bazar kommersiya fəaliyyətinə davam ediblər.

TOKİ-nin tikinti mütəxəssisi Taha Selvi bildirib ki, bərpa prosesində tarixi kimliyin qorunmasına üstünlük veriblər.

Selvi işlərdə istifadə olunan daşların Kahramanmaraşın orijinal tikinti daşları ilə uyğun olması üçün seçildiyini və bazarın infrastrukturunun bugünkü ehtiyacları ödəmək üçün tamamilə yeniləndiyini bildirib. Selvi daha sonra qeyd edib ki, bazardakı dükanların sahəsi 3 ilə 49 kvadrat metr arasında dəyişir. Dükan sahibləri yeni dükanlardan məmnundurlar.

Kahramanmaraş Hazır Ayaqqabı İstehsalçıları Palatasının prezidenti İsmət Köfte də zəlzələdən sonra konteyner dükanlarında fəaliyyətlərini davam etdirdiklərini xatırladaraq, tarixi bazarın müasir avadanlıqlarla yenidən açılmasından məmnunluğunu ifadə edib. Yeni mağazaların daha geniş və təhlükəsiz olduğunu bildirən Köfte, “İşıqlandırma, havalandırma və təhlükəsizlik kameraları aktivdir. Təmiz, gigiyenik və geniş bir mühitdə satışa davam edəcəyik” deyə söyləyib.

Təxminən 30 ildir Tarixi Örtülü Bazarda dükan sahibi olan Hacı Köse, bərpa işlərinin gözləntilərini aşdığını bildirərək, “Bu, gözləntilərimizi aşan bir mağazadır. Həm plan, həm də keyfiyyət çox yaxşı hazırlanıb” deyə bildirib. 

Təxminən 10 ildir bazarda dükan sahibi olan Ömər Ergin, təmir işlərinin dükanına daha təmiz və daha mütəşəkkil bir görünüş verdiyini və tarixi bazarın yenidən açılmasının həm dükan sahibləri, həm də şəhər iqtisadiyyatı üçün vacib olduğunu söyləyib.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri