Zəlzələdən sonra sunami xəbərdarlığı Əhali ölkədən qaçır
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi bu gün ABŞ-də 7 bal gücündə zəlzələ baş verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Kaliforniya və Oreqon ştatlarında hiss olunan zəlzələdən sonra ABŞ Milli Hava Xidmətinin Sunami Mərkəzi sunami xəbərdarlığı edib. ABŞ-ın ən böyük ştatı olan Kaliforniyanın şimalında baş verən zəlzələ və ardınca sunami xəbərdarlığı bölgəni təşvişə salıb.
Amerika mediası sunami xəbərdarlığının ən azı 5 milyon insanı əhatə etdiyini bildirib.
Xəbərdarlıqdan sonra sahilyanı ərazilərdə yaşayan insanlar daxili ərazilərə qaçmağa başlayıb və nəqliyyatda uzun növbələr yaranıb.
Qeyd edək ki, ABŞ Milli Hava Xidmətinə bağlı Sunami Mərkəzi ilk xəbərdarlığından bir müddət sonra sunami xəbərdarlığını ləğv etdiyini açıqlayıb.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















