Zəlzələdən zərər çəkən Venesuelaya ilk təcili tibbi yardımı Birləşmiş Ərəb Əmirlikləri çatdırıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Venesuela Bolivar Respublikasında qeydə alınan iki güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə bu ölkəyə 70 ton həcmində humanitar yardım paketi ünvanlayıb.
XQ xəbər verir ki, bu barədə məlumatı BƏƏ-nin rəsmi WAM informasiya agentliyi yayıb. Məlumata əsasən, göndərilən humanitar yükün tərkibinə təxirəsalınmaz tibbi ləvazimatlar, irihəcmli çadırlar və zərərçəkmiş əhalinin müvəqqəti sığınacaqla təmin olunması üçün nəzərdə tutulmuş müxtəlif tikinti və quraşdırma materialları daxildir.
BƏƏ-nin Yardım Agentliyindən verilən rəsmi bəyanatda qeyd olunub ki, humanitar missiya təbii fəlakətdən zərər çəkmiş yerli sakinlərin ilkin və təxirəsalınmaz ehtiyaclarının operativ şəkildə ödənilməsinə, habelə Venesuela hökumətinin fəlakət bölgəsində həyata keçirdiyi xilasetmə və infrastrukturun bərpası işlərinə maddi-texniki dəstək göstərilməsi məqsədinə xidmət edir.
Venesuela hökumətinin rəsmiləri BƏƏ tərəfindən nümayiş etdirilən operativ humanitar dəstəyi yüksək qiymətləndiriblər. Rəsmi Karakas böhran anında tələb olunan tibbi ləvazimatları və humanitar köməyi ölkəyə ilk çatdıran dövlətin məhz Birləşmiş Ərəb Əmirlikləri olduğunu xüsusi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 İyul 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















