Zəminədən yeni fotolar
Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Gənc müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb.
OLAY yazır ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib.
Son illərdə özünəməxsus səhnə lukları ilə fərqlənən müğənni, demək olar ki, bu səhnə dəbinin əsas bünövrəsini qoyan sənətçilərdən birinə çevrilib.
Tərzində hər zaman milliliyə xüsusi üstünlük verən Zəminənin bu layihədə təqdim etdiyi 3 müxtəlif geyim məhz onun üçün xüsusi olaraq dizayn edilərək hazırlanıb.
Sənətçinin təqdim etdiyi bir-birindən zövqlü geyimlər dizayner Kübra Nuriyevaya məxsusdur. Fotoların müəllifi isə Azər Cəfərdir.
Klassik incəsənət elementləri ilə zəngin libaslarda kamera qarşısına keçən müğənninin geyimindəki milli naxışlar, incə tikmələr və korset detalları müasir dəblə birləşərək fərqli obraz meydana çıxardıb.
Baxış sayı:66
Bu xəbər 02 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















