Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Azərbaycanın strateji maraqları çərçivəsində reallaşdırılacaq POLİTOLOQ ŞƏRH ETDİ

Zəngəzur dəhlizi Azərbaycanın strateji maraqları çərçivəsində reallaşdırılacaq POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Ermənistan–Azərbaycan münasibətləri 2020-ci il Vətən müharibəsindən sonra tamamilə yeni mərhələyə qədəm qoyub. Hazırda regionda yaranmış geosiyasi reallıqlar Azərbaycanın mövqeyinin nə qədər güclü olduğunu və proseslərə yön verən əsas tərəf kimi çıxış etdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında sülh sazişinin imzalanması tamamilə real görünür. Bunun başlıca şərti isə Ermənistanın revanşist ritorikadan tam imtina etməsi və Azərbaycanın suverenliyini şəksiz şəkildə tanımasıdır: "Azərbaycan bu gün münaqişə sonrası mərhələdə sülhə ən çox maraqlı olan tərəfdir və bunu açıq şəkildə nümayiş etdirir. Bütün regional təşəbbüslərin müəllifi olan Azərbaycan öz şərtləri əsasında bölgədə sabitlik və inkişaf modelini formalaşdırır. Sülh prosesi Azərbaycanın daxili siyasi iradəsinə və regional üstünlüyünə əsaslanaraq davam etdirilir və heç bir xarici vasitəçi ölkənin maraqları üzərində təsir gücünə malik deyil. 2025-ci ilə qədər sülh sazişinin imzalanması ehtimalı kifayət qədər yüksəkdir, lakin bu yalnız Ermənistanın daxili siyasi iradə nümayiş etdirməsindən və konstruktiv mövqe tutmasından asılıdır. Əgər rəsmi İrəvan uzunmüddətli sabitlik istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü de-fakto və de-yure tanımalı, regional əməkdaşlığa real töhfə verməlidir. Əks halda, regiondakı yeni nizam Ermənistan üçün daha dərin təcrid və iqtisadi dalana çevriləcək.

Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunaraq qeyd etmək istəyirəm ki, bu layihə Azərbaycanın strateji maraqları çərçivəsində reallaşdırılacaq. Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın materik hissəsinin quru əlaqəsi deyil, eyni zamanda geniş türk dünyasını birləşdirən, regional və qlobal kommunikasiya xəritəsini dəyişdirən bir layihədir, Bu dəhlizin açılması həm Azərbaycanın suveren hüququdur, həm də regionda iqtisadi inteqrasiyanın mühüm dayağına çevriləcək. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır və artıq heç bir tərəfin xoşməramlılığından asılı deyil. Azərbaycan öz imkanları, siyasi iradəsi və iqtisadi gücü hesabına regionda yeni reallıqlar yaradıb və bu reallıqlara uyğun hərəkət etməyən ölkələr zamanla prosesin kənarında qalacaqlar.

2025-ci ildə sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün təkcə diplomatik uğur deyil, həm də regionun yeni inkişaf modelinə keçidi olacaq. Bu məqsədə çatmaq üçün Azərbaycan tərəfi kifayət qədər güclü və prinsipial mövqe nümayiş etdirir və prosesin gedişatını özü müəyyən edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri