Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevirir

Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevirir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Son illərdə beynəlxalq logistika xəritəsində yeni marşrutlar formalaşır. Bu istiqamətlərdən biri də Cənubi Qafqazı Avropa və Asiya arasında strateji körpüyə çevirəcək Zəngəzur dəhlizidir (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP). Hansı ki, bütün Cənubi Qafqazı mühüm ticarət, nəqliyyat və logistika qovşağına çevirməyə qadir olan strateji təşəbbüsdür. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın yeni geoiqtisadi reallığının mərkəzində dayanır. Azərbaycanı Naxçıvanla, eyni zamanda, Türkiyə və bütövlükdə Avropa ilə birləşdirəcək bu nəqliyyat marşrutu təkcə region ölkələri üçün deyil, həm də Avrasiya miqyasında mühüm logistika arteriyası kimi qiymətləndirilir. Dəhlizin açılması Azərbaycanın tranzit imkanlarını genişləndirərək, ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində rolunu daha da gücləndirəcək.

Zəngəzur dəhlizinin TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) adlandırılması da təsadüfi deyil. ABŞ artıq Cənubi Qafqaz regionuna siyasi nüfuz etmək imkanı qazanıb. Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması və Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu imzalanması rəsmi Vaşinqtonun regiona siyasi nüfuz etmək imkanlarını artırıb.

2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Bu dəhlizin digər ölkələr üçün də əhəmiyyəti olduqca böyükdür. Türkiyə üçün Zəngəzur dəhlizi Şərqi Anadolu əyalətlərinin iqtisadiyyatının inkişafının stimullaşdırılması, eləcə də Mərkəzi Asiya ilə Avropa arasında mal təchizatı zəncirlərinin çevikliyinin təmin edilməsi deməkdir. Nəhayət, Ermənistan üçün yeni marşrut həm Şərqlə, həm də Qərblə balanslaşdırılmış inteqrasiya üçün fürsət olacaq, həmçinin logistika xidmətlərindən gəlirləri artıracaq.

Zəngəzur dəhlizinin fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan tərəfindən görülməsi nəzərdə tutulan işlər

2020-ci ildə şanlı Ordumuzun Qarabağda əldə etdiyi Zəfərdən sonra Azərbaycan Zəngəzur dəhlizi təşəbbüsü ilə bağlı məsələnin ciddiliyini təkcə danışıqlarda deyil, əməli addımlarla da göstərdi. Orta Dəhlizin bir hissəsi olan TRIPP-in fəaliyyətinin təmin edilməsi üçün hökumət tərəfindən icrası planlaşdırılan işlər aşağıdakılardır:

Ələt-Osmanlı - Dəmiryolu cütxətlidir və və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 60 kilometrdir. Tikinti-quraşdırma işlərinə 2024-cü ildə başlanılıb və 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Hazırda tikinti-quraşdırma işlərinin 30 faizi yerinə yetirilib. İllik buraxılış qabiliyyəti 40 milyon ton təşkil edəcək.

Osmanlı-Horadiz - Dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 143 kilometrdir. Tikinti işləri 2025-2028-ci illərdə həyata keçiriləcək. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.

Horadiz-Ağbənd - Dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 110,4 kilometrdir. Tikinti işləri 2021-2026-cı illər ərzində tamamlanacaq. Hazırda tikinti-quraşdırma üzrə tərəqqi 68 faizdir. İşlər çərçivəsində yolun üst quruluşu, rabitə və işarəvermə sistemləri yenilənəcək, stansiyaların inşası tamamlanacaq. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.

Ermənistan ərazisindən keçən hissə - Marşrutunun uzunluğu 43 kilometrdir. Marşrutun Ermənistan ərazisindən keçməsi səbəbindən layihələndirmə və tikinti işlərinin həyata keçirilmə tarixi müəyyən edilməyib.

Naxçıvan (Salamməlik-Sədərək) - Dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 188 kilometrdir. Layihələndirmə prosesi aparılır və onun 2025-ci ildə tamamlanması nəzərdə tutulur. Tikinti işlərinə 2025-ci ildə başlanılacaq və 2028-ci ildə yekunlaşdırılacaq. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.

Uzunluğu 123,6 kilometr olan əsas yolun tikintisi hazırda 95 faiz səviyyəsində tamamlanıb.

Zəngəzur dəhlizi layihəsinin ümumi uzunluğu 149,9 kilometr təşkil edir ki, bunun 123,6 kilometri əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksəksürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşımaların həyata keçirilməsində strateji əhəmiyyət qazanıb. Dəhlizin Azərbaycan ərazisi üzrə işlərinin gələn il ərzində tamamlanması nəzərdə tutulur. Zəngəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizlə əlavə 15 milyon ton yük daşınacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının 2028-ci ilin sonunadək baş verə biləcəyini qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Beləliklə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevrilərək regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see284

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see251

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see223

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see171

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see168

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see164

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see148

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see147

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see142

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see141

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see140

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see137

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see137

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri