Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə təhlükə sayılmadığı üçün İranın narahatlığına ehtiyac yoxdur

Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə təhlükə sayılmadığı üçün İranın narahatlığına ehtiyac yoxdur

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Prezidenti səfərdən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə edib: “İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını və ərazi bütövlüyünü pozmursa, problem yoxdur”.İran Zəngəzur dəhlizini qırmızı cizgi adlandırmışdı, indi geri addım atırmı, yoxsa?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran prezidenti ölkəmizə gəlməmişdən qabaq Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycan və İran arasındakı İran ərazisindən keçən yolun Naxçıvana birləşməsi məsələsini qeyd edir və Zəngəzur dəhlizi ilə bağlı bu yolun Ermənistanın suverenliyinə hər hansı bir təhdid olmayacağı təqdirdə Ermənistanın daxili işi olduğunu bildirir, Pezeşkian həm də bir növ buna İranın etiraz etməməsinə işarə vurur.

Vüqar İskəndərov

“Bundan öncə İran Zəngəzur dəhlizini özünün "qırmızı cizgi"so adlandırırdı. Biz İranın ən yuxarı səviyyədə siyasi, impiçmentindən aşağıya qədər insanların bu və ya buna bənzər bəyanatlarının şahidi olmuşduq. Təbii ki, Azərbaycanın beynəlxalq platformada artan nüfuzu, ölkə başçımızın, dünya liderləri sırasındakı xüsusi çəkisi, qətiyyətli və milli maraqlarımıza söykənən uğurlu siyasəti, ölkəmizə olan münasibətdə dövlət başçılarının Azərbaycana səfərləri və Azərbaycan Prezidentinin dünyanın ən nüfuzlu böyük dövlət başçıları tərəfindən səfərə dəvət edilməsi vacib məqamlardır. Bütün bunlar ölkə başçısının şəxsi nüfuzunun və liderlik keyfiyyətlərinin, həm də ölkəmizin bu mənada sürətlə inkişaf edən güclü bir dövlət olmasına işarədir.

İran prezidentinin bu səfəri qarşıdakı məqamlarda özünü müsbət mənada göstərə biləcək. Artıq İranın İnvestisiya Fondunun prezidentinin, İran şirkətlərinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda mütləq iştirakının olmasını söyləməsi və yaxud İranın Dövlət Xəbər Agentliyinin Azərbaycan neftinin Təbriz neft emalı zavodunda emalına İranın təklif verməsi artıq müsbət məqamlardan sayılmalıdır”-deyən deputat hesab edir ki, belə məqamlar daha da çox olacaq.

Deputat qeyd edib ki, Azərbaycan İranla olan münasibətlərdə həmişə səmimi olub. Vüqar İskəndərov bildirib ki, bütün bu soyuq münasibətlərin geridə qalacağı və İranın da Azərbaycanın müsbət münasibətlərinə adekvat cavab verəcəyi gözləniləndir.

“Gələcəkdə Azərbaycan və İran arasındakı qarşılıqlı əməkdaşlıq öz müsbət təsirini göstərəcək və nəticəsi iki qonşu dövlətin siyasi, iqtisadi, humanitar sahələrdəki fəaliyyətlərində özünü göstərəcək”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri