Zəngəzur dəhlizi ilə Azərbaycan Türkiyə elektrik xətti çəkiləcək
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Zəngəzur dəhlizi boyunca Azərbaycanla Türkiyə arasında elektrik ötürücü xəttin çəkilməsi planlaşdırılır. Layihə Xəzər və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Avropa bazarına çatdırılmasına imkan verəcək.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan–Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, elektrik ötürücü xətt vasitəsilə Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı nəzərdə tutulur.
Pərviz Şahbazov qeyd edib ki, layihənin reallaşdırılması Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığını daha da genişləndirməklə yanaşı, regionun Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirəcək.
Yeni enerji xətti Azərbaycanın bərpaolunan enerji ixracatçısına çevrilməsi və Şərqlə Qərb arasında enerji körpüsü rolunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Sentyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















