Icma.az
close
up
RU
Azərbaycan Türkiyə Avropa beynəlxalq enerji dəhlizi “Zəngəzur” elektrik ötürmə xətti çəkilir + TƏHLİL

Azərbaycan Türkiyə Avropa beynəlxalq enerji dəhlizi “Zəngəzur” elektrik ötürmə xətti çəkilir + TƏHLİL

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası ölkə enerji sisteminə qoşulacaq

Son illərdə "Avropanın enerji təhlükəsizliyi" anlayışı təkcə mənbə şaxələndirilməsi ilə deyil, elektrik enerjisinin sabit və dayanıqlı ötürülməsi ilə ölçülür. Bu kontekstdə Azərbaycan regionda getdikcə daha mühüm rol oynamağa başlayır. Xəzər hövzəsində formalaşan bərpa olunan enerji potensialı, Azərbaycanın təkcə istehsalçı yox, həm də elektrik enerjisi tranzit mərkəzi kimi mövqeyini gücləndirir.

44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, Ermənistanla başladılan sülh prosesi və bunun fonunda Zəngəzur dəhlizi - TRIPP layihəsi Azərbaycanı regionda və Avropada daha cəlbedici edir. Təsadüfi deyil ki, Xəzər–Qara dəniz–Avropa xətti üzrə elektrik interkonnektorlarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüslər Azərbaycanı Cənubi Qafqazda elektrik enerjisinin ötürülməsi baxımından əsas qovşaq ölkəyə çevirir. Xüsusilə, dənizüstü külək və günəş enerjisi hesabına formalaşacaq istehsal gücləri Avropa bazarına yaşıl elektrik ixracı imkanlarını genişləndirir.

Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin bərpası bu prosesin mühüm tamamlayıcı elementidir. Bu bağlantı elektrik enerjisinin ötürülməsində parçalanmanı aradan qaldırır, enerji sisteminin vahid və dayanıqlı işləməsinə şərait yaradır. Eyni zamanda, Türkiyə üzərindən Avropaya uzanan enerji xətlərinin səmərəliliyi artır və regional enerji təhlükəsizliyi güclənir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır

Beləliklə, Azərbaycan elektrik enerjisi fonunda Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli və struktur töhfə verən ölkə kimi mövqelənir. Bu, ölkəyə həm geosiyasi çəkisinin artması, həm də enerji texnologiyaları və infrastrukturuna əsaslanan yeni iqtisadi dividendlər qazandırır.

Qeyd olunan istiqamətdə artıq əməli fəaliyyətə start verilib. Belə ki, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, "AzərEnerji" tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubad sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur.

Araz çayı boyunca bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt "AzərEnerji" tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.

Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda, Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib.

Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri

Həmçinin, Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 km məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, bu layihələr bütövlükdə Azərbaycan Prezidentinin təşəbbüsüdür və sülh gündəliyinin tərkib hissəsidir. Yəni, bu, yenicə meydana gəlmiş və tezliklə reallaşdırılan ideya deyil. Ölkə başçısı son bir neçə ildə bu məsələ də daxil olmaqla, bütün komponentlər nəzərə alınmaqla Zəngəzur dəhlizi - TRİPP layihəsinin gerçəkləşdirilməsi istiqamətində məqsədyönlü və ardıcıl siyasət yürüdür. Bu siyasət və həyata keçiriləcək layihələrlə isə bütövlükdə Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizi formalaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Yanvar 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri