Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın möveyi hər zaman birmənalı və prinsipial olub”

“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın möveyi hər zaman birmənalı və prinsipial olub”

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın möveyi hər zaman birmənalı və prinsipial olub. Rəsmi Bakı münaqişə başa çatdıqdan sonra sülh təklifini irəli sürərkən də bəyan etmişdi ki, bu dəhliz sülhün fundamental elementidir. Yəni, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq. Bu, əslində şərtdən daha çox reallıqdır. Azərbaycanın qalib ölkə kimi bunu tələb etməyə haqqı var.
Prezident İlham Əliyev bir neçə gün əvvəl nəqliyyat məsələləri ilə bağlı müşavirədə bir daha bəyan etdi ki, bu, Azərbaycanın layihəsidir və mütləq reallaşacaq. “Biz Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atırıq. Amma Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”- deyə dövlət başçımız bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər sözdə “region ölkələri arasında sülh və dialoqun yollar olmadan mümkünsüzlüyü”nü dilə gətirsə də onun bu məsələdə də səmimi olmadığı aydındır. Paşinyanın guya alternativ olaraq ortaya atdığı “Sülh kəsişməsi” fərziyyəsinə gəlincə, cənab Prezidentin də bəyan etdiyi kimi, “bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”. Yəni, Ermənistan bu layihənin işlək olmasını istəyirsə, mütləq Azərbaycan tərəfinə müraciət etməlidir. Amma görünən budur ki, Ermənistan vaxt uzatmaq məqsədilə müxtəlif manipulyativ gedişlər edir, amma bunun heç bir nəticəsi olmayacaq.
Ermənistan dalan ölkə kimi davam etmək istəyirsə, artıq burada şərhə yer qalmır.
Yəni, bu məsələni məqsədli şəkildə ərazi iddiası müstəvisinə qaldırmaq istəyənlərin də cəhdləri boşa çıxır. Dövlət başçımız bir daha xəbərdar etdi ki, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
Ermənistan özündə siyasi iradə tapmadığına görə bütün layihələrin kənar güclərin diktəsi altında reallaşmasında maraqlıdır. Amma Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, biz heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə, xalqımıza diktə etməsinə imkan verməyəcəyik. Bu mesaj beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən platformalarda da səslənib. Yəni, Zəngəzur dəhlizi üzərindən təzyiq cəhdlərinin də nəticəsi olmayacaq. Burada əsas söz sahibi Azərbaycandır.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri