Zəngəzur dəhlizi ilə bağlı Gürcüstandan kritik açıqlama Qorxmuruq KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan Zəngəzur dəhlizinin işə düşməsini ölkə ərazisindən keçən mövcud nəqliyyat marşrutları üçün ciddi rəqabət hesab etmir.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən Orta Dəhliz üzrə yük dövriyyəsi 7 dəfə artıb. Kobaxidze hesab edir ki, yükdaşımaların belə sürətlə artması fonunda marşrutların şaxələndirilməsinə və yeni nəqliyyat infrastrukturuna obyektiv ehtiyac yaranıb.
Baş nazir Zəngəzur dəhlizinin də mövcud marşrutları tamamlayan əlavə nəqliyyat xətti ola biləcəyini vurğulayıb.
“Biz düşünmürük ki, Zəngəzur dəhlizi və ya hər hansı digər marşrut Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yarada bilər”, – Kobaxidze bildirib.
O, Anaklia limanı layihəsinə də toxunaraq buraya marağın çox böyük olduğunu deyib. Gürcüstanın Baş nazirinin sözlərinə görə, Anakliaya göstərilən maraq Gürcüstandan keçən nəqliyyat marşrutlarının əhəmiyyətini qoruduğunu göstərir.
Kobaxidze bildirib ki, regionda yük dövriyyəsinin artması yeni marşrutların meydana çıxmasını zəruri edir və Gürcüstan hökuməti də ölkənin tranzit imkanlarını genişləndirmək üçün yeni infrastruktur üzərində işləyir.\\musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Oktyabr 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















