Icma.az
close
up
RU
Zəngəzur dəhlizi İpək Yolunun tarixi əhatə dairəsini bərpa edəcək

Zəngəzur dəhlizi İpək Yolunun tarixi əhatə dairəsini bərpa edəcək

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu fikir Prezident İlham Əliyevin Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətinin ana xəttidir 

Dövlət başçımızın İğdır Universitetinin təşkilatçılığı ilə keçirilən “İpək Yo­lunun yenidən dirçəlişi” mövzusunda Beynəlxalq Qafqaz Konqresinin iştirak­çılarına müraciətində Azərbaycan–Türkiyə müttəfiqliyinin strateji əhəmiyyə­tini xüsusi olaraq vurğulaması təsadüf sayılmamalıdır. Bu, İlham Əliyevin iki qardaş xalqın və dövlətin tarixin bütün sınaqlarından üzüağ, başıuca çıxdığı barədə bəzi qüvvələrə mesajı kimi qəbul edilməldir. Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya imkanlarını, Zəngəzur dəhlizinin regional və beynəlxalq əməkdaşlığa verəcəyi töhfələrin vurğulandığı müraciətdə İğdırın tarixən mühüm ticarət yolları üzərində yerləşdiyi və bu gün də regionlararası əməkdaşlığın inkişafında əhəmiyyətli mövqeyini qoruduğunu bildirilir. 

Məlumdur ki, İğdırla Naxçıvan arasın­da qədimdən tarixi, coğrafi və mənəvi bağ­lılıq mövcuddur. Azərbaycan lideri məhz həmin amillərə diqqət çəkərək bu yaxın­lığın Azərbaycan və Türkiyə xalqlarını bir-birinə daha da doğmalaşdırdığını bildi­rir. Beynəlxalq konqresə ev sahibliyi edən bu şəhərin həm də Türkiyənin Azərbaycan­la birbaşa quru sərhədinin yerləşdiyi böl­gə olaraq ikitərəfli əlaqələrin inkişafında özünəməxsus yer tutduğuna diqqət yeti­rilən müraciətdə Naxçıvanla qonşuluğun İğdırı yalnız coğrafi baxımdan deyil, iqti­sadi, nəqliyyat və humanitar əməkdaşlıq baxımından da mühüm mərkəzə çevirdiyi yada salınır: “Bu baxımdan, tarixi İpək Yolunun dirçəldilməsi məsələsinin məhz İğdırda müzakirə olunması xüsusi rəm­zi və praktik məna daşıyır. Çünki müasir dövrdə İpək Yolunun bərpası yalnız qədim ticarət marşrutlarının yenidən canlandırıl­ması deyil, həm də yeni iqtisadi əlaqələrin, kommunikasiya şəbəkələrinin və regional əməkdaşlıq mexanizmlərinin formalaşdı­rılması deməkdir”. 

Sarsılmaz birlik daha böyük layihələrə təkan verir 

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin müraciətində Azərbaycan–Tür­kiyə münasibətlərinin yüksək səviyyəsi ayrıca qeyd olunur. Bu zaman ortaq soy-kökə və qardaşlığa əsaslanan ikitərəfli mü­nasibətlərin tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəldiyi diqqətə çatdırılan müraciətdə bu sənədin iki ölkə arasında siyasi, iqtisa­di, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın strateji əsaslarını daha da möhkəmləndirdiyi bildirilir. Əlbəttə ki, Bəyannamə Azərbaycan və Türkiyənin istər regional məsələlərdə, istərsə də bey­nəlxalq platformalarda ortaq maraqlardan çıxış etməsi, qarşılıqlı dəstəyi və uzun­müddətli tərəfdaşlığı baxımından olduqca vacib, tarixi hadisədir. 

Azərbaycan Prezidenti, bir qayda ola­raq, bütün çıxışlarında Türkiyə ilə yalnız ikitərəfli münasibətləri inkişaf etdirmək­lə kifayətlənmədiyini, hər iki dövlətin Avropa ilə Asiyanı birləşdirən strateji la­yihələrin həyata keçirilməsində mühüm rol oynadıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Konqres iştirakçıları­na müraciətində də buna önəm verilir: “Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı– Tbilisi–Ərzurum qaz kəməri, TANAP və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr Azərbaycan–Türkiyə əməkdaş­lığının konkret nəticələridir. Bu layihələr enerji resurslarının dünya bazarlarına çıxarılmasına, nəqliyyat əlaqələrinin ge­nişləndirilməsinə və ölkələr arasında iq­tisadi inteqrasiyanın güclənməsinə şərait yaradıb”. Prezident İlham Əliyevin mü­raciətində həm də bu strateji məqam önə çəkilir: Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və bütövlükdə, Avrasiyanın nəq­liyyat, enerji və bağlantı xəritəsini yenidən formalaşdırıb. 

Regionaldan transmilliyə keçid 

Azərbaycan Prezidentinin müraciəti­nin ən vacib məqamlarından biri Zəngəzur dəhlizinin gələcəyi ilə bağlıdır. Bu xüsusda cənab İlham Əliyev qeyd edir ki, Azərbay­canın təşəbbüsü ilə reallaşdırılan TRIPP layihəsi ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin geniş­lənməsinə də xidmət edəcək. Həqiqətən də bu geoiqtisadi və strateji layihənin əhəmiy­yəti, sadəcə, Azərbaycan və Türkiyə arasın­da quru əlaqənin gücləndirilməsi ilə bitmir. Bu dəhliz daha geniş coğrafiyada – qitələr-arası yükdaşımaların səmərəliliyinin artı­rılması, yeni logistika imkanlarının yara­dılması, bununla yanaşı, beynəlxalq ticarət yollarının şaxələndirilməsi baxımından ol­duqca böyük potensiala malik marşrutdur. 

Zəngəzur dəhlizi fəaliyyətə başlaması ilə gerçəkləşəcək yeni nəqliyyat bağlantıları sərhədyanı bölgələrin iqtisadi fəallığını ar­tıra, ticarət, xidmət və logistika sahələrində əlavə imkanlar yaratmağa qadirdir. Bu mar­şrut Orta Dəhlizin daha geniş coğrafiyaya inkişafı baxımından da əhəmiyyət kəsb edir. Son illər Çin və Mərkəzi Asiyadan başlaya­raq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan nəqliy­yat marşrutları beynəlxalq ticarət iştirakçı­ları, enerji istehlakçıları arasında daha çox populyarlıq qazanmaqdadır. 

Azərbaycanın nəqliyyat infrastrukturu­na yatırdığı sərmayələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, Bakı– Tbilisi–Qars dəmir yolu və bu qəbildən olan digər transmilli layihələr ölkəmizin Avrasiya məkanında tranzit habı kimi mövqeyini gücləndirir. İndi Zəngəzur dəh­lizinin bu sistemə əlavə olunması Orta Dəh­lizin yeni marşrutlarla tamamlanmasına və beynəlxalq yükdaşımaların coğrafiyasının daha da genişlənməsinə töhfə verəcək. 

Sülh və əmin-amanlığın təməli 

Azərbaycan Prezidentinin müraciətin­də diqqəti cəlb edən bir amili qeyd etməyə bilmərik. Bu amil Cənubi Qafqazda sülh və sabitlik məsələsidir. Dövlət başçımı­zın daim diqqət mərkəzində saxladığı bu amil – regionda dayanıqlı sülhün bərqərar edilməsinin Cənubi Qafqazı beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaş­lıq baxımından mühüm strateji məkana çevirməsi deməkdir. Əslində, bu yanaşma Azərbaycanın regional siyasətində iqtisadi əməkdaşlıqla təhlükəsizlik məsələlərinin qarşılıqlı bağlılıq təşkil etdiyinin göstərici­sidir. Fakt ondan ibarətdir ki, uzun illər mü­naqişə və qarşıdurmalar “poliqonu” olmuş Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçməsi üçün nəqliyyat-kommunikasiya xətlərinin açılması, qarşılıqlı iqtisadi ma­raqların formalaşdırılması və etimad mü­hitinin möhkəmləndirilməsi indi xüsusi əhəmiyyət kəsb edir. Perspektivə yönəlik regional kommunikasiyaların bərpası heç də ayrı-ayrı ölkələrin iqtisadi maraqlarına xidmət etmir. Bu proses, bütövlükdə, Cə­nubi Qafqazın beynəlxalq ticarət sisteminə daha fəal inteqrasiyası üçün geniş imkan­lar yarada bilər. Yəni Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq bağlantı təşəbbüsləri həm regionda uzunmüddətli sabitliyi təmin etməyə, həm də qarşılıq­lı faydalı əməkdaşlığa hesablanıb. Aydın məsələdir ki, Bakının təkliflərinin tam reallaşması qarşılıqlı etimadın möhkəm­lənməsindən, razılaşmaların konkret işlə həyata keçirilməsindən və sabit sülh mühi­tinin yaradılmasından asılıdır. 

Keçmişdən gələcəyə uzanan yol 

Bəli, tarixi İpək Yolunun dirçəldilməsi Azərbaycan üçün yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Dövlət başçımızın İğdırda keçirilən “İpək Yolu­nun yenidən dirçəlişi” Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində əsrlər boyu Şərqlə Qərbi birləşdirən İpək Yolunun xalqlar arasında ticarətin, mədəni əlaqələrin və qarşılıqlı təmasların inkişa­fında mühüm rol oynadığı bildirilir. İndiki şəraitdə isə bu tarixi məkan özünün yeni in­frastrukturu – dəmir yolları, avtomobil ma­gistralları, dəniz limanları, enerji və rəqəm­sal kommunikasiya ilə yenidən beynəlxalq gündəmə gəlir. Bölgənin lider dövləti olan Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə etməklə prosesin fəal iştirakçısına çevrilir. Qardaş Türkiyə ilə strateji tərəf­daşlıq isə Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını genişləndirməklə yanaşı, Türk dünyası arasında iqtisadi və nəqliyyat bağlantılarının möhkəmlənməsi üçün də mühüm zəmin yaradır. 

İğdır konqresi yalnız elmi müzakirə platforması deyil, həm də regionun gələ­cək iqtisadi inkişaf perspektivlərinin və yeni əməkdaşlıq imkanlarının dəyərlən­dirilməsi üçün əhəmiyyətli təşəbbüs tri­bunasıdır. Konqres iştitrakçılarına müra­ciətində tədbirin regionun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün vacib plat­forma olacağına inandığını qeyd edən dövlətimizin başçısının irəli sürdüyü əsas fikir budur: Cənubi Qafqazın gələcəyi yeni qarşıdurmalarda deyil, sülhə, qarşı­lıqlı faydaya və geniş iqtisadi əməkdaşlı­ğa əsaslanan bağlantıların inkişafındadır. Bir millət, iki dövlət olaraq, Azərbaycan və Türkiyənin ali müttəfiqliyə, coğrafi üs­tünlüklərinə və iqtisadi potensialına arxa­lanaraq bu prosesin önündə gedəcəklərinə hamı əmin olmalıdır. 

XQ-nin Analitik Mərkəzi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri