Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib

“Zəngəzur dəhlizi Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan İctimai Birliyin sədri İradə Rizazadə konfrans iştirakçılarını və İpək Yolu üzərində yerləşən 5 ölkədən dəvət olunmuş ekspertləri salamlayaraq, tədbirin mahiyyəti barədə məlumat verib:

“Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla yollarının birləşməsi deyil, eyni zamanda regiona və ümumilikdə İpək Yolu üzərində yerləşən ölkələrə iqtisadi, sosial, logistik infrastrukturun inkişafı, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və digər aspektlərdən böyük töhfəsi var. Bu səbəbdən biz də Vətəndaş Cəmiyyəti olaraq, Zəngəzur dəhlizinin açılmasının mahiyyətini xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında keçirməyi qərara aldıq”.

Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək, son illərdə Qərbi Azərbaycan mövzusunun Agentliyin prioritet müsabiqə istiqamətlərindən biri olduğunu və bu istiqamətdə uğurlu layihələrin icra olunduğunu vurğuladı. İcraçı direktor konfransın mövzusunun və proqramının ümumi zəngin olması ilə tədbirin faydalı və məhsuldar olacağına inamını ifadə edərək konfransın işinə uğurlar arzu edib.

"Zəngəzur dəhlizi - Yeni İpək Yolunun mühüm hissəsi" adlı beynəlxalq konfrans üç əsas paneldə təşkil olunaraq, müxtəlif sahələr üzrə məruzələr təqdim edildi.

Birinci panel “Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusuna həsr edilib. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti  Dr. Sabit Bağırov moderatorluğu ilə keçirilən bu sessiyada çıxışçılar – siyasi şərhçi Fərhad Məmmədov və politoloq Qriqoriy Trofimchuk – dəhlizin regional və qlobal təhlükəsizlik kontekstində əhəmiyyətini müzakirə etdilər. Onlar Zəngəzur dəhlizinin beynəlxalq münasibətlərə və xarici siyasətə təsirlərini vurğulayaraq, bu dəhlizin Cənubi Qafqazda yeni geosiyasi balans yaratma potensialını qeyd etdilər.

İkinci panel “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti” mövzusu ətrafında aparıldı. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimlinin moderatorluğu ilə keçən bu paneldə çıxışçılar – Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti  Dr. Sabit Bağırov, Avrasiya Araşdırma İnstitutunun müdir müavini Cengizhan Zhanaltay və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə Təşkilatının Naxçıvan üzrə nümayəndəsi Gülsel Səfərova – ilə birlikdə dəhlizin iqtisadi aspektlərini araşdırdı. Onlar Zəngəzur dəhlizinin regional iqtisadiyyatlara faydalarını, loqistik imkanları və yeni ticarət əlaqələrinin yaradılması imkanlarını müzakirə etdilər.

Üçüncü panel isə “Zəngəzur dəhlizinin açılmasının digər əhəmiyyətli aspektləri” mövzusunda keçirildi. Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimlinin moderatorluğu ilə keçirilən sessiyada dosent Avrasiya Araşdırma İnstitutunun rəhbəri Dr. Suat Beylur, Moskva Elmi Tədqiqat İnstitutunun Düşənbə filialının Humanitar məsələlər kafedrasının müdiri hüquq elmləri namizədi Farhod Mahmadshozada və vətəndaş cəmiyyəti nümayəndəsi Dona Tursunova iştirak edərək dəhlizin sosial, mədəni və humanitar təsirləri haqqında fikirlərini bölüşdülər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri