Icma.az
close
up
RU
Zəngəzur dəhlizi istiqamətində təbliğata böyük ehtiyac var ŞƏRH OLUNDU

Zəngəzur dəhlizi istiqamətində təbliğata böyük ehtiyac var ŞƏRH OLUNDU

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər əvvəllər də keçirilib. İstər işğal dövründə, istər 44 günlük Vətən müharibəsindən sonra vətəndaş cəmiyyəti institutları arasında belə təmaslar olub. Düzdür, görüşlər əsasən beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilirdi və daha çox üçüncü ölkələrdə baş tuturdu. 2021-ci ildə müharibədən sonra da bu səpkili görüşlər olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” 2016-cı ildə elan olunmuşdu, 2017-ci ildə Gürcüstanda platformanın ilk qurultayı keçirilmişdi: “Həm Azərbaycan, həm də Ermənistan tərəfindən təsisçilər, sədrlər iştirak etmişdilər. Şübhəsiz ki, bu cür təmaslar, vətəndaş cəmiyyətinin nümayəndələri arasında keçirilən görüşlər əslində xalq diplomatiyasının bir nümunəsi kimi qiymətləndirilməlidir.

Əgər əvvəlki görüş və təmaslarda erməni təmsilçiləri özlərini qalib hesab edərək daha çox Azərbaycan cəmiyyətinin reallıqlarla barışması istiqamətində mövqe sərgiləyirdilərsə, artıq vəziyyət dəyişib. İndi Ermənistan hakimiyyəti, bir çox vətəndaş cəmiyyəti nümayəndələri də əvvəlki ritorika ilə çıxış etmirlər. Onlar davamlı və real sülhün əldə edilmədiyi hər keçən günün Ermənistan əleyhinə işlədiyinin fərqindədirlər.

Odur ki, bu tip görüşlər erməni cəmiyyətində, ən azı hansısa təbəqədə Azərbaycanla sülhün Ermənistana verə biləcəyi xeyirləri təlqin etmək baxımından faydalı hesab oluna bilər. Ermənistanın vətəndaş cəmiyyəti institutlarının 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalar istiqamətində ictimai rəyi hazırlamaq kimi bir missiyanı üzərlərinə götürməsi və bu istiqamətdə konkret fəaliyyəti həyata keçirməsi lazımdır. Xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyi və Zəngəzur dəhlizi istiqamətində təbliğata böyük ehtiyac var. Yəni başqa sözlə, əgər Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri səmimi olaraq sülhdə maraqlı olacaqlarsa o zaman keçirilən görüşlərin də faydası olacaq. Əks halda bu görüşlər sadəcə görüş xətrinə keçirilmiş görüş olacaq ki, bu da sülh prossesinə hansısa töhfə verməyəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri