Icma.az
close
up
RU
ZƏNGƏZUR DƏHLİZİ MƏSƏLƏSİ REGİONAL HESABLAŞMALARIN YENİ FAZASINA DAXİL OLUR Qəvami Sadıqbəyli yazır

ZƏNGƏZUR DƏHLİZİ MƏSƏLƏSİ REGİONAL HESABLAŞMALARIN YENİ FAZASINA DAXİL OLUR Qəvami Sadıqbəyli yazır

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Son günlər diplomatik mənbələrdən yayılan məlumatlarda bildirilir ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak  Zəngəzur dəhlizinin inşası ilə bağlı Vaşinqtonun mövqeyini açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, bu strateji layihədə “nüfuzlu bir özəl Amerika şirkəti”nin zəmanətçi statusunda iştirakı nəzərdə tutulur. Məlumata görə, təşəbbüs birbaşa olaraq Türkiyə tərəfindən irəli sürülüb və ABŞ bu təklifi qəbul edib. Lakin bu məsələ ilə bağlı  Ermənistan tərəfi yeni bir şərt irəli sürüb. Ermənilərin şərtinə görə  həmin amerikalı şirkət yalnız Zəngəzur bölgəsində deyil, dəhlizin Naxçıvan ərazisindən keçən hissəsində də fəaliyyət göstərməlidir.

Bu, faktiki olaraq ABŞ şirkətinin Zəngəzurdan Türkiyəyə qədər uzanan yol boyunca tam nəzarət funksiyasını yerinə yetirməsi anlamına gəlir. Belə bir mexanizmin tətbiqi Azərbaycanın maraqlarına ziddir, çünki bu halda Azərbaycanın Naxçıvan üzərindən keçən yüklərə və daşımaların tərkibinə nəzarət imkanı məhdudlaşacaq. 

Ermənistanın bu təklifi Bakının sərt etirazına səbəb olub və Azərbaycan rəhbərliyi bu yanaşmanı Naxçıvanın suverenliyinə qarşı yönəlmiş qəbuledilməz xarici müdaxilə kimi qiymətləndirib.

Məlum olduğu kimi, Zəngəzur dəhlizinin ümumi uzunluğu təxminən 32 km-dir. Bu qısa, lakin strateji baxımdan mühüm dəhliz Cənubi Qafqazın geosiyasi xəritəsində əsas açarlardan birinə çevrilməkdədir. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Moskva bəyannaməsinin 9-cu bəndinə görə, bu dəhlizin açılması və təhlükəsizliyinin təmin edilməsi Rusiya sərhəd qüvvələrinin nəzarəti altında həyata keçirilməli idi. Lakin üstündən 5  ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu maddə icra olunmayıb.

Bunun başlıca səbəbi Rusiya və İranın eyni mövqedən çıxış etməsidir. Onların strateji maraqları Azərbaycanın qərb bölgələri ilə Naxçıvan və Türkiyə arasında birbaşa quru əlaqəsinin yaranmasına qarşıdır. Belə bir əlaqənin qurulması regionda Azərbaycan–Türkiyə tandeminin güclənməsinə və Rusiyanın Cənubi Qafqazdakı hərbi-geosiyasi rolunun zəifləməsinə səbəb ola bilər.

Digər tərəfdən, bəzi beynəlxalq mənbələr bildirir ki, ABŞ-ın təklif etdiyi şirkət bu dəhlizi 100 illik icarəyə götürmək niyyətindədir. Əgər bu informasiya təsdiqlənərsə, bu fakt regionda uzunmüddətli strateji maraqların və yeni geosiyasi paylaşmanın başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər. Bu yanaşma Moskvanın ciddi narahatlığına səbəb olub və Rusiya tərəfi Vaşinqtonun bu istiqamətdəki niyyətini “regionun balansını pozacaq müdaxilə” kimi şərh edir.
Rusiyanın imperial niyyətlərinə baxmayaraq, hazırda  Azərbaycan nəinki bölgədə, həm də beynəlxalq diplomatik platformalarda təşəbbüskar və aparıcı aktor kimi çıxış edir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistanın məğlub edilməsi Azərbaycanın həm hərbi-siyasi qüdrətini, həm də regional liderlik bacarığını sübut etdi.

Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil – bu, həm də XX əsrin əvvəlindən bəri davam edən geosiyasi ədalətsizliyin aradan qaldırılması və Azərbaycanın suverenlik hüququnun bərpası məsələsidir. Zəngəzur bölgəsində azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və bu səbəbdən qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin kəsilməsi hələ də regionun qanayan yarası olaraq qalır. Tarix göstərir ki, bu cür proseslərin arxasında bir qayda olaraq həmişə Rusiyanın  imperiya strategiyası dayanmışdır.
Lakin bu gün yeni reallıqlar formalaşır. Azərbaycanın mövqeyi aydındır: Zəngəzur dəhlizi yalnız sülh və əməkdaşlıq üçün deyil, həm də regional balansın bərpası üçün açılmalıdır. Bu dəhlizin gələcək taleyini isə artıq təkcə Moskva və Vaşinqtonun deyil, həm də Azərbaycanın iradəsi və güclənən mövqeyi müəyyən edəcək.

Qəvami SADIQBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri