Icma.az
close
up
RU
Zəngəzur dəhlizi məsələsinin Rusiyadan kənar həlli mümkündürmü?

Zəngəzur dəhlizi məsələsinin Rusiyadan kənar həlli mümkündürmü?

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda Zəngəzur dəhlizinin reallaşmasının qarşısında duran  əsas məsələ Rusiyanın dəhlizə nəzarət etmək istəyi və Ermənistanın bununla razılaşmamasıdır. Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik, Ermənistanın rusiyadan imtina edərək Qərbə meyllənməsi və Kremlin Ukrayna müharibəsi səbəbindən ABŞ-la gərgin bir münasibətlər mərhələsində olması münbit bir geosiyasi zəmin formalaşdırıb. Belə olan halda, Zəngəzur dəhlizinin açılması hansı zaman kəsimində mümkün ola bilər?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirdi ki, münasibətlər hər nə qədər gərgin olsa da Zəngəzur dəhlizi məsələsində Bakı ilə Moskvanın maraqları üst-üstə düşür: "Zəngəzur dəhlizinin açılması ilə bağlı ən çox söz sahibi olan 3 ölkə təbii ki, Azərbaycan, Türkiyə və Rusiyadır. İran da söz sahibi ola bilərdi, amma dəhlizin açılmasına qarşı olan məlum mövqeyi ilə bu şansı itirib. Doğrudur, hazırda  Azərbaycan və Ermənistanın Rusiya ilə münasibətləri əvvəlki kimi deyil. Xüsusilə, ötən il dekabrın 25-də Azərbaycanın  təyyarəsinin vurulmasından sonra Kremllə münasibətləri durmadan soyuqlaşır. Amma burada bir məsələ də var".

Rusiya regionun əsas gücü və Zəngəzur dəhlizi məsələsində istəkli görünən əsas tərəflərdən biridir. Dəhliz məsələsində deyərdim ki, Rusiya ilə Azərbaycanın maraqları çox üst-üstə düşür, həmçinin qardaş Türkiyənin. Bütövlükdə götürdükdə Ərdoğanın təklif etdiyi “3+3” formatında yer alan dövlətlərdən İran istisna olunmaqla yerdə qalan 5 ölkənin maraqları bu məsələdə üst-üstə düşür".

C.Abbaslı hesab edir ki, Rusiyanın bu məsələdə hesablaşmalı olduğu dövlətlər Azərbaycan və Türkiyədir: "Ermənistan Rusiyanın forpostudur və onun “ağasına” olan münasibəti Zəngəzur dəhlizi məsələsində nəsə bir rol oynaya bilməz. Rusiya bu məsələdə Azərbaycanla hesablaşmalıdır. Unutmamalıdır ki, dəhlizə nəzarət etmə məsələsi sonunda imzalanacaq sənəddə ortaya çıxanda tərəflərdən biri Azərbaycan olacaq, Türkiyəni də bu sıraya qatmaq olar. Zəngəzur dəhlizi ilə bağlı bir çox qərarlar verilib və bu məsələ həll olunmaq üzrədir. Nələrinsə dəyişəcəyini zənn etmirəm. Yalnız İranın mövqeyini dəyişmək lazım gəlir ki, o da dəyişəcək. Çünki başqa yolu da qalmır. Cənub qonşumuz regionda təklənmək istəməz, xüsusilə, ona yaxın olan Rusiyanın bu məsələdəki israrını görərək”.

Partiya funksioneri istənilən vəziyyətdə İran üzərindən Azərbaycanın dəhliz açmasının qəti əleyhinə olduğunu deyib: “Azərbaycanın İran üzərindən dəhliz açması versiyasına gəlincə, bu mümkünsüz görünür. Çünki, İranın ölkəmizə qarşı olan etibarsız mövqeyinin daim şahidi olmuşuq. Bir sözlə “ipinin üzərinə odun yığılacaq” dövlət deyil. İndi Fəridi Azərbaycana təhvil verməklə, yaxud Tehran səfirliyimizə hücum edən qatil barəsindəki ölüm hökmünü icraata göndərməklə heç nə dəyişən deyil. Açığı mən də İran üzərindən hər hansı bir dəhlizin açılmasının qəti əleyhinəyəm. İranla münasibətlərimizi yaxın saxlamalıyıq, amma ona qətiyyən belə bağlamamalıyıq”.

Tehran,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri