Icma.az
close
up
RU

Zəngəzur dəhlizi: Silaha əl atılacaq?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsinə toxunub. Ölkəmizin başçısı Zəngəzur dəhlizinin açılmalı olduğunu və açılacağını deyib. Bununla belə Ermənistan hələ də dəhlizlə bağlı real addım atmır. Belə davam edəcəyi halda Azərbaycan hərbi yola əl ata bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Zəngəzur dəhlizinə əsas mane olan ölkə İrandır:

“Cənab Prezident öz çıxışında da Zəngəzur dəhlizinin açılması məsələsinə toxunmuşdu. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə var. Dəhliz Azərbaycan əraziləri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən quru yoludur. Vaxtilə Qarabağ məsələsində, Birinci Qarabağ Müharibəsi zamanı məlum idi ki, Türk dövlətləri arasında quru sərhədinin olmamasına çalışırdılar. Buna da nail olmuşdular. Zəngəzur dəhlizinin açılmasına mane olan əsas ölkə İrandır. Digər havadar dövlətlər də dəhlizin açılmasını istəmir. Bununla əlaqədar düşünrəm ki ciddi addımlar atılır. Yüklər Çindən Avropaya bu dəhliz vasitəsilə daşınmalıdır. Bu dəhlizin strateji, iqtisadi, hərbi əhəmiyyəti göz qabağındadır”. 

Komitə sədri vurğulayıb ki, İrana, Ermənistana və onun digər havadarlarına təzyiq göstərilməlidir:

“Əlbəttə, dəhliz danışıqlar yolu ilə açılsa, bu mühüm məsələ kimi qeyd olunacaq. Bizim bu məsələdə mövqeyimiz və təkliflərimiz qüvvəsində qalır. Əks halda bizim Zəngəzur dəhlizinin açılması üçün hərtərəfli gücümüz və imkanımız var. İrana, Ermənistana və onun bütün havadarlarına təzyiq göstərilməlidir. İzah edilməlidir ki, bu yol beynəlxalq yoldur. Burada həm regional ölkələrin, həm də Çin və digər ölkələrin maraqları var. Müxtəlif açıqlamalarla yalnız digər kommunikasiyaların açılmasını dilə gətirən Paşinyan unutmamalıdır ki, dediyi məsələlər sülh sazişi imzalanandan sonra da həll oluna bilər. Amma Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri