Icma.az
close
up
RU
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır

Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi bu gün Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır.
Xüsusilə son illər ərzində cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklə rastlaşıbsa da, dayanmayıb, inkuşaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu bizim börcumuzdur ”.
Avqustun 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycana dost və qardaş ölkə olan Türkmənistana səfər etmişdir. Səfər zamanı keçirilən görüşlər, aparılan  müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.
Onu da qeyd edək ki, hər iki ölkəni tarixi ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da güclənib.
Azərbaycan və Türkmən xalqları eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları din və dil eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyul 1992-ci ildə qurulub.
İki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur. 
Azərbaycan Respublikası və Türkmənistan üçtərəfli formatda da əməkdaşlıq edir. 14 dekabr 2023-cü ildə Türkmənbaşı şəhərində Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. 
Avqust ayının 22-də Türkmənistanda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən görüş də çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır. Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektləri - çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsi, xüsusən də siyasi, iqtisadi, mədəni-humanitar sahələr  müzakirə olunub. 
Onu da qeyd edək ki, Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və Beynəlxalq Təşkilatlar çərçivəsində və BMT-də biri birinin təşəbbüslərini dəstəkləyir. 
Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün, sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılıb. Ölkələrimizin iqtisadi əməkdaşlıq barədə potensialı nəzərdən keçirilib, bu da bütün Avrasiya regionunun inkişafına töhvə verir. Şübhəsiz ki, bu qarşılıqlı fəaliyyət bütün region qarşılığında iqtisadi əməkdaşlığı yüksəltməyə imkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə çıxış edərək demişdir: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov iyul ayında Azərbaycanda səfərdə olub. O, iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində olub. Burada bir çox məsələlər müzakirə edilib. Çox sevindirici haldır ki, hər iki dövlət eyni mövqedən çıxış edir. 
Füzulidə olarkən Türkmənistan Prezidenti burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürüb. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, qardaşlığımızın təcəssümüdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Qurbanqulu Berdıməhəmmədovun Türkmənistan tərəfindən Füzulidə məscid tikdirmək təklifini yüksək qiymətləndirərək eyni zamanda qeyd etmişdir ki, “Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir”.
Azərbaycan Prezidenti Özbəkistanla sözdə yox, əməldə dost, qardaş olduğumuzu bildirib. Qeyd edib ki, Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Cənab İlham Əliyev çıxışının sonunda demişdir: “Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur.
Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun”. 
Şəhla Ağbulud
Yazıçı-publisist, AYB Abşeron bölməsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see131

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see131

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see127

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see124

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see123

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see122

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see122

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see121

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see118

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri