Icma.az
close
up
RU
Zəngəzur dəhlizi və Türk dünyasının gələcəyi

Zəngəzur dəhlizi və Türk dünyasının gələcəyi

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Faiq Ələkbərli

(əvvəli BU LİNKDƏ)

Ancaq bu faktdır ki, Azərbaycanın İnqilab Komitəsinin sədri N.Nərimanovun imzası ilə dərc edilmiş bəyannaməsindən sonra, ermənilər Zəngəzurun Ermənistana birləşdirilməsini sürətləndirdilər. 1920-ci il dekabrın 25-də daşnaklar Zəngəzurda "Azad Sünik" hökumətini yaratdılar. Zəngəzurda Ermənistana bağlı Mehri rayonunun yaranmasıyla Naxçıvan Azərbaycandan ayrı salındı. Eyni zamanda, Ermənistan Dağlıq Qarabağ iddialarından da əl çəkmirdi. 1921-ci il iyunun 19-da Ermənistan SSR XKS sədri A.Myansikovun bəyanatı ilə "Dağlıq Qarabağ" Ermənistanın ayrılmaz tərkib hissəsi elan edildi. Ermənistan SSR-nin Dağlıq Qarabağda fövqalədə nümayəndəsi təyin olunmuş Mravyan N.Nərimanovun etirazları sayəsində iyunun 27-də geri çağırıldı.

İranın Suriyadakı məğlubiyyət və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir. Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışını təkrardan nəzərdən keçirə biləcəyi deyilir. Məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, o, Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək. Sözügedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın onsuz da bu məsələyə razı olduğunu, Tehranın da fikrini dəyişməsi ilə dəhlizin açılmasına heç bir maneənin qalmadığı bildirilir. Qeyd edək ki, ötən gün Moskvada Rusiya XİN başçısı Sergey Lavrovun "Zəngəzur bölgəsində Rusiyanın mövcudluğunu genişləndirməsi" ilə bağlı açıqlaması da müzakirələrə yol açdı və Zəngəzur dəhlizi məsələsini gündəmə daşıdı. Azərbaycan Prezidenti yanvarın əvvəlində "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq" deyib. Ermənistanın bununla bağlı ümumi mövqeyi isə bəllidir. İrəvan alternativ yolları gündəmə gətirir və rusların dəhlizdə olmasına qarşı çıxır.

Zəngəzur dəhlizi məsələsi həm aktuallığını qoruyub saxlayır, həm də get-gedə mürəkkəbləşir. Bu, eyni zamanda ticari-iqtisadi dəhliz, nəqliyyat infrastrukturu olmaqla yanaşı, həm də Türk dünyasına yolun açılmasıdır. Əlbəttə, türk dünyasına inteqrasiyanın güclənməsi, o cümlədən iqtisadi amillərin daha yüksək səviyyəyə qaldırılması Türkiyə, Azərbaycan və digər türk dövlətləri üçün çox önəmlidir. Problem odur ki, Rusiya dəhlizə nəzarətin onun əlində olmasını istəyir və bunda israr edir. Rusiyanın son dönəmlərdə İranla ikitərəfli əməkdaşlığı gücləndirməsi, gediş-gəlişi artırması da bununla bağlıdır. Moskva bilir ki, İran hökuməti Qərbin, ABŞ və Avropanın Ermənistanda, ümumən bölgədə olmasından ciddi narahatlıq duyur. İrəvan isə çalışır ki, Zəngəzur dəhlizi Qərb dövlətlərinin himayəsi altında açılsın və fəaliyyət göstərsin.

Tarixi reallıq odur ki, tarixi torpaqlarımızı, Zəngəzuru vaxtı ilə ermənilərə hədiyyə edənlər elə Rusiya, Fransa, Böyük Britaniya kimi dövlətlər olub. Bizim iradəmiz olmadan Zəngəzurun bir hissəsi Ermənistan SSRİ-yə verilib. Məqsəd Türk dünyasını bölmək, Türk dünyasının coğrafi birləşməsinin qarşısını almaq idi. Zəngəzur dəhlizinin reallaşması həmin məqsədin aradan qalxması deməkdir. Rusiya və İranın məqsədləri bəllidir. Amma bu məsələdə son sözü Azərbaycan və Türkiyə deyəcək. Hesab edirik ki, Ermənistanı da razı salmaqla Azərbaycanın və Türk dünyasının maraqlarına cavab verəcək Rusiyasız, eləcə də Qərbsiz bir Zəngəzur dəhlizi açılmalıdır. Təbii ki, Rusiya və İran bir yandan öz oyunlarını oynayacaqlar. Fransa kimi digər ölkələr də problemlər yaratmağa çalışacaqlar. Ancaq Rusiyasız və Qərbsiz, yəni onların nəzarəti olmadan Zəngəzur dəhlizinin açılması mümkündür, buna gücümüz yetər. Əsas məsələ İrəvan hökumətini kənar qüvvələrin təsir dairəsindən uzaqlaşdırmaqdır. Ermənistan rəhbərliyi də ağlını başına cəm edərək Türkiyə və Azərbaycanın önəmini dərk etməli, dəhliz məsələsində problem yaratmamalıdır.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla cəmi on Zirvə görüşü keçirilib. 2023-cü ili martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının onuncu Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin 2023-cü ilin fevralın əvvəllərində Türkiyədə baş vermiş dəhşətli zəlzələlər ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.Azərbaycan Prezidenti İlham Əliyev toplantıda bir daha bəyan edib ki, Türk dünyası Türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırmaqdadır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Qeyd edək ki, 2023-cü ilin mayında Türkiyədə keçirilən parlament və prezident sekiçlərinin hər ikisində Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Cümhur İttifaqının qalib gəlməsi Türk Dövlətləri Təşkilatının bugünü və gələcəyi baxımndan müsbət dəyərləndirilməkdədir. Bu birlik özünü Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olması münasibətilə 2023-cü il iyunun 3-də Ankarada “Külliyyə”, yəni Prezident Sarayında keçirilən inaqurasiya mərasimində də özünü ortaya qoydu.

Həmin inaqurasiya mərasimində R.T.Ərdoğan Türk Dövlətlərinin başçılarına, O cümlədən Azərbaycan Respublikadının Prezidenti İlham Əliyevə, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirzoyevə, Qazaxıstan Respublikasının Prezidenti Qasım Çomart-Tokayevə, KKTC Prezidenti Ersin Tatara və digərlərinə yüksək diqqət yetirdi. Xüsusilə də, R.T.Ərdoğanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə verdiyi dəyər mərasim işktirakçıları tərəfindən də böyük alqışlarla qarşılandı. Ümumilikdə R.T.Ərdoğanın Ankarada keçirilən andiçmə mərasimi Türk Dövlətləri Təşkilatının, yəni Türk birliyinin də dünyada yeni bir güc kimi ortaya çıxmaq nümayişi idi. Demək olar ki, əksər politoloqlar, siyasi şərhçilər bu mərasimi öncəlliklə “Türk düyünü” kimi qiymətləndirdilər.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri