Icma.az
close
up
RU
Zəngəzur dəhlizində yeni güc oyunu: ABŞ nin nəzarəti, Rusiyanın narazılığı, İranın reaksiyası

Zəngəzur dəhlizində yeni güc oyunu: ABŞ nin nəzarəti, Rusiyanın narazılığı, İranın reaksiyası

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqazda son illərin ən mühüm siyasi və geosiyasi dəyişikliklərindən biri Zəngəzur dəhlizi ətrafında baş verən proseslərdir.

44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanat regionda sülh və əməkdaşlıq üçün yol xəritəsi kimi təqdim olunsa da, zaman keçdikcə sənədin əhəmiyyəti və təsir gücü zəifləyib. Xüsusilə dəhlizin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi, prosesin süni şəkildə uzadılması və geosiyasi maraqların toqquşması vəziyyəti mürəkkəbləşdirib.

Ukrayna müharibəsindən sonra Ermənistanın Rusiya nəzarətinə qarşı çıxaraq ABŞ-la strateji əməkdaşlığa üstünlük verməsi, Zəngəzur dəhlizinin 99 illik icarə əsasında bir Amerika şirkətinə verilməsi qərarı regionda yeni güc balansı yaradıb. Bu addım həm Bakı razılaşmasının müddəalarına ziddir, həm də Rusiya və İranın ciddi narazılığına səbəb olub.

Mövcud durumda Zəngəzur dəhlizi təkcə nəqliyyat-kommunikasiya xətti deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi xəritəsini müəyyənləşdirəcək əsas faktor kimi qiymətləndirilir. ABŞ-ın təşəbbüsü ələ alması, Moskvanın alternativ təklifləri, Tehranın sərt reaksiyaları və Alyaskada keçiriləcək Tramp–Putin görüşündə mövzunun gündəmə gəlməsi ehtimalı, qarşıdakı dövrdə bölgədə siyasi temperaturun yüksələcəyindən xəbər verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanat faktiki olaraq öz təsirini itirib. Sənəddə nəzərdə tutulan öhdəliklər, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsi nə Rusiya, nə də Ermənistan tərəfindən vaxtında və vicdanla yerinə yetirilib:

"2021-ci il 11 yanvarda Moskvada keçirilən görüşdə kommunikasiyaların açılması əsas müzakirə mövzusu olub, konkret işçi qruplar yaradılıb və onlara tapşırıqlar verilib. O zaman gözləntilər vardı ki, qısa müddətdə dəhliz istifadəyə veriləcək. Lakin proses Rusiya və Ermənistan tərəfindən uzadılıb. Ukrayna müharibəsindən sonra Ermənistan Rusiyanın dəhlizə nəzarətini qəbul etməyərək, bu istiqamətdə ABŞ-a üstünlük verib. Nəticədə, Zəngəzur dəhlizinə nəzarət Ermənistanla ABŞ arasında imzalanmış razılaşmaya əsasən 99 illiyinə bir Amerika şirkətinə icarəyə veriləcək. Bu isə Bakı razılaşmasına ziddir və regionda yeni risklər yaradır".

Oqtay Qasımov: Tehran uzun müddətdir bu məsələdə Ermənistanın əvəzinə mövqe ortaya qoymağa çalışır

Onun sözlərinə görə, Rusiya və İran bu vəziyyətdən narazıdır. Xüsusilə İran dəhlizlə bağlı açıq şəkildə narahatlıq ifadə edir, bəzi hallarda hətta isterik reaksiyalar nümayiş etdirir. Tehran uzun müddətdir bu məsələdə Ermənistan əvəzinə mövqe ortaya qoymağa çalışır. Hazırkı mərhələdə İran bu plana mane olmağa cəhd göstərə bilər, lakin prosesə ciddi təsir etmək ehtimalı zəifdir:

"Son aylarda ABŞ və İsraildən müəyyən zərbələr alan İran, eləcə də mövcud geosiyasi şərtlər fonunda Rusiya, Amerikanın maraqlarına tamamilə qarşı çıxmaq imkanına malik görünmür. Proses artıq geri dönməz mərhələyə çatıb".

Son olaraq müsahibimiz qeyd edib ki, Rusiya isə alternativ olaraq, dəhliz ərazisində öz sərhədçilərinin yerləşdirilməsini təklif edir. Ehtimal edilir ki, bu məsələ sabah Alyaskada keçiriləcək Tramp–Putin görüşündə də müzakirə olunsun. Moskvanın müəyyən şərtlərlə ABŞ-nin istəklərinə razılaşması istisna edilmir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri