Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisi nə vaxt başlanacaq? Boru kəmərləri, fiber optik rabitə xətləri çəkiləcək
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Hurriyyet.az xəbər verir ki, İrəvan Zəgəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin - "Tramp marşrutu"nun (TRİPP) tikintisinin nə zaman başlanacağı barəsində açıqlama verib.
Ermənistanın Xarici İşlər Nazirliyinin medianın yazılı sorğusuna verdiyi cavabda bildirilir ki, "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" layihəsinin reallaşdırılmasının praktiki mərhələsinin, o cümlədən, tikinti işlərinin başladılması 2026-cı ilə planlaşdırılıb.
Açıqlamada bildirilir ki, İrəvan hazırda layihənin hüquqi bazasının və nizamlama mexanizmlərinin formalaşdırılması ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparır. Layihənin reallaşdırılması üçün Ermənistan-ABŞ birgə müəssisəsi - "TRİPP Company" yaradılacaq. Şirkət Ermənistan ərazisində qeydiyyatdan keçiriləcək və ona əsas infrastrukturun inkişaf etdirilməsi üçün mandat veriləcək. Söhbət dəmir yolu və avtomobil magistrallarının, neft-qaz boru kəmərlərinin tikintisi və modernləşdirilməsindən, həmçinin, fiber-optik rabitə xətlərinin çəkilməsindən gedir.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















