Zəngəzur dəhlizinin İran üçün nəticəsi bu olacaq KİV
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Ticarət Palatasının Nəqliyyat, Tranzit və Logistika Komissiyasının rəhbəri Rza Rüstəmi bildirib ki, Zəngəzur dəhlizinin açılması İranın tranzit mövqeyini zəiflədə və Avropa ilə quru bağlantılarını çətinləşdirə bilər.
Globalinfo.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən xəbər verib.
R.Rüstəminin fikrincə, Zəngəzur dəhlizinin (Tramp yolu) yaradılması bölgədəki tranzit balansını dəyişəcək.
O qeyd edib ki, bu vəziyyət İranın yükdaşıma şirkətlərini Türkiyənin marşrutundan istifadə etməyə məcbur edəcək ki, bu da nəqliyyat xərclərini artıracaq və rəqabət qabiliyyətini azaldacaq.
Onun sözlərinə görə, yükdaşıma tariflərinin artması məhsulların maya dəyərinə 12-15% təsir edir və bu da Tehran üçün əlavə iqtisadi basqılar yaradır.
Komissiyanın rəhbəri iddia edib ki, dəhlizin aktivləşməsi yalnız İran deyil, həm də Rusiya, Türkiyə və Çin kimi bölgə ölkələrinin nəqliyyat marşrutlarını dəyişdirə və yeni iqtisadi çəkişmələrə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















