Icma.az
close
up
RU
Zəngəzur məsələsi: qeyri hüquqi aktı aradan qaldırmaq vaxtı çatıb

Zəngəzur məsələsi: qeyri hüquqi aktı aradan qaldırmaq vaxtı çatıb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın qədim və tarixi ərazisi olan Zəngəzur vaxtilə qanunsuz şəkildə Ermənistana verilib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci ildə qəbul edilən bu qeyri-legitim qərar əslində bir cinayətdir. Ona görə də tarixçilərimiz, mütəxəssislər, ictimai xadimlər heç bir hüquqi qüvvəsi olmayan bu qərarın ləğv edilməsi təklifini irəli sürürlər. Vaxtilə ermənilər məqsədli şəkildə bu regiona köçürülərək onlara tarixi Azərbaycan ərazilərində dövlət yaradıldı. Eyni zamanda, azərbaycanlılar sıxışdırılaraq öz yurd yerlərindən çıxarılırdı. 1918-ci ildə cəmi 9 min kv. km ərazidə elan edilmiş Ermənistan Respublikası məhz Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirərək 29 kv. km. çatdırdı. 1920-ci ildən sonra Zəngəzur da daxil olmaqla, Qərbi Azərbaycan adlandırdığımız tarixi Azərbaycan torpaqlarının 20 min kv. km ərazisi ermənilərə verildi.

Zəngəzur mahalının qərb hissəsinin Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycan dövlətindən ayrı düşdü. Sonrakı proseslər, Ermənistanın 90-cı illərdə başlayan işğalçılıq siyasəti Naxçıvan üçün çox çətin şərtlər yaratdı. Muxtar Respublika blokada şəraitində qaldı.

Bu günlərdə qardaş Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla birgə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edən Azərbaycan lideri İlham Əliyev öz çıxışında bu mövzuya da toxunub.

Dövlət başçısı deyib: "Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən 5 ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub".

Prezident İlham Əliyev qeyd edib ki, 1 əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvan əhalisinin həyatını olduqca çətin duruma gətirib: "Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular".

Prezident söyləyib ki, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid" körpüsün inşa edilməsi olub: "Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir".

Prezident Zəngəzurun Ermənistana verilməsi məsələsi barədə dəfələrlə danışıb. 2021-ci il aprelində ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı nitqində Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar".

Dövlət başçısı 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində deyib ki, XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır: "1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra - 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu muxtar vilayəti orada yox, burada yaradıblar".

Dövlət başçısı həmin ilin mayında Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə bildirib ki,

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı: "Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi".

Qeyd edək ki, Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Rusiya K(b)P Qafqaz bürosunun üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) "Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi" adlı sənəd müzakirə olunub.

İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin, Orconikidze, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak ediblər. Ermənistanla Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinə dair məsələ barədə Siyasi Büro üzvləri bildirib ki, bu, siyasi və strateji baxımdan faydalı deyil. Qərar yalnız çıxılmaz halda edilə bilər. Yəni Azərbaycanın bu ərazisi onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilməmişdi.

Çünki onda bu ərazi sovetləşdirilməmişdi.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu:

"Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur... Ermənistana keçir... bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın".

Tapşırığı yerinə yetirən N.Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi.

Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR 9-cu qəza olan Zəngəzur qəzasını yaratdı, Zəngəzur qəzasının tərkibində indiki Sisyan, Qafan, Gorus rayonları və Meğri (Mehri) rayonunun bir hissəsi daxil edildi. Zəngəzur bir tarixi vilayət kimi ləğv edildi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzunu "525"ə şərhində deyib ki, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi həm Naxçıvanın tarixində, həm də Türkiyə - Azərbaycan münasibətləri tarixində mühüm bir hadisə idi. Çünki Azərbaycan 100 il bundan əvvəl qeyri-qanuni şəkildə Naxçıvanın Azərbaycanla quru ərazisinin bağlanmasının yaratdığı strateji vakumu doldurmağa çalışır: "Biz 90-cı illərin əvvəllərində məhz bu quru əlaqənin olmaması ucbatından Naxçıvanın nə qədər böyük problemlərlə üzləşdiyinə şahidlik etdik. Əslində Naxçıvanla Azərbaycanın quru ərazisinin kəsilməsi xüsusi strateji bir qərar idi və çar Rusiyası və sovet Rusiyasının Azərbaycana münasibətinin göstəricisi idi. Eyni zamanda, burda böyük erməni hiyləsi var idi. Yəni Naxçıvanla Azərbaycanın quru əlaqəsini kəsməklə, Naxçıvanı blokada şəraitində saxlamaqla ordan əhalinin çıxmasına nail olmaqla, Naxçıvanı Azərbaycandan qoparmaq məqsədi daşıyırdı. Hazırkı tarixi mərhələdə Azərbaycan məhz bu haqsızlığı aradan qaldırmağa cəhd göstərir - Naxçıvana açılan kommunikasiyalarla, yollarla. Amma əlbəttə ki, tariximizə vurulan ən böyük zərbə hələ də qalmaqdadır. Azərbaycan Prezidenti də Türkiyədə İğdır-Naxçıvan qaz kəmərinin açılışı mərasimində məhz bu məsələyə toxundu. Zəngəzur dəhlizi, yəni Azərbaycanı Naxçıvanla birləşdirən tarixi torpaqlarımız xalqımızın iradəsindən kənar olaraq qeyri-qanuni və qeyri-legitim əsaslarda, 1920-ci ildə Rusiya Kommunist (bolşeviklər) partiyasının qərarı ilə ermənilərə verilib. Bu qərar özü özlüyündə hüquqa əsaslanmadığına, Azərbaycan xalqının iradəsinə zidd olduğuna görə qeyri-legitimdir. Mənə elə gəlir ki, tarixin indiki mərhələsində bu haqsızlığı, qeyri-hüquqi aktı və onun törətdiyi strateji zərərləri aradan qaldırmaq vaxtı çatıb. Azərbaycan Prezidenti əslində bu məsələləri demək istəyirdi. Çünki Qərbi Zəngəzurun qeyri-qanuni olaraq Ermənistana verilməsi təkcə Naxçıvanla Azərbaycan arasında əlaqənin kəsilməsi deyil, həm də böyük bir Turan mədəni-tarixi etno-coğrafiyasının əlaqələrinin bir-birindən qopardılması idi. Bu gün artıq Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı inteqrasiya və qarşılıqlı maraqlar elə bir səviyyəyə gəlib çatıb ki, Naxçıvanı Azərbaycana və Azərbaycanı Türkiyəyə birləşdirəcək bu dəhlizin açılması zərurətini yaradıb. Tarixi haqsızlığın aradan qaldırması zərurətini gündəmə gətirib. Ona görə də ən müxtəlif formalarda -hüquqi, siyasi, diplomatik müstəvidə hüquqi bazanın genişləndirilməsindən tutmuş bu qərarı qəbul etmiş subyektlərin qərarlarını aradan qaldırana qədər gedən hər hansı bir yol varsa, mütləq o yolu tapıb biz Zəngəzur dəhlizini açmalıyıq".

Deputat deyib ki, bu ilk növbədə Azərbaycan dövlətçiliyinin və Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından vacibdir, ikincisi Ermənistan da daxil olmaqla regionda sülhün əldə olunması və inteqrasiyanın təmin edilməsi üçün olduqca zəruridir: "Yəni bu dəhlizə qarşı haqsızlığın aradan qaldırılması region ölkələrinin, o cümlədən Ermənistanın gələcək inkişafı baxımından yeni perspektivlər təmin edəcəkdir. Ona görə də düşünürəm ki, bu tarixi mərhələdə bu problem, tarixi haqsızlıq aradan götürülməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri