Icma.az
close
up
RU
Zəngəzurlu Trampın açarı

Zəngəzurlu Trampın açarı

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Nikol Paşinyan son iki yüz ilin ən ağıllı və cəsur ermənisidir! Xalqını xəstəlikdən xilas etməyə qərar vermiş. Və ağılla, inadla, əzmlə bu qərarı icra edir. Söhbət uzun illər özünə Türk adında düşmən obrazı yaratmış və ona qarşı ölüm-dirim savaşına girmiş, ona yaşatdığı acılar qədər özü də acılar, faciələr yaşamış erməni xalqından gedir. O artıq Böyük Ermənistan, saxta genisod, Artsax, eləcə də Kilsə faşizmi kimi xəstəliklərin xərçəng hüceyrələrinin inkişafını dayandıra bildi.
Erməni xalqına ekosiyasi sağlamlıq hüdudlarını göstərdi. Aqibəti önəmli deyil, Şeksprin məşhur personajının söylədiyi kimi, Mavr öz işini gördü. Ancaq bir məqamı unutmayaq ki, Sovet sisteminin beynəlmiləlçilik məhdudiyyəti içində qabarıq milliyətçilik nümayiş etdirə bilməyən bu kiçik erməni xalqı həm də bizim yararlanmaqda çətinlik çəkdiyimiz resurslardan daha çevik yararlanaraq şahmat üzrə dünya çempionları, əksəriyyəti Bakı məktəbinin yetirməsi olan SSRİ çempionuluğunu qazanan futbol komandası, ümumittifaq elm, sənət, hərbiçi elitası yarada bilmişdi. Prezident İlham Əliyevin dəmir yumruğu və diplomatiyası sayəsində öz hüdudlarına qaytarılmış bu xalqın bundan sonrakı dövrdə hansı yolu gedəcəyini ciddi şəkildə izləmək zorundayıq. Əslində Sovet dövründə ən cəsarətli addımlardan biri Rusiyanın ali məktəblərinə çox sayda azərbaycanlı gənclərin Heydər Əliyevin təşəbbüsü ilə göndərilməsi idi. Lakin sonradan bu məktəblərdən məzun olan şəxslərin ümumittifaq səviyyədə aparıcı mövqelər qazana bilməməsinin sıxıntılarını sonradan daha çox hiss etdik.
Mahiyyətcə hərbçinin qələbəsini, siyasətçinin qələbəsini indi də mədəniyyətin qələbəsi tamamlamalıdır. Ötən gün ABŞ-da prezident Tramın ağsaqqallığı ilə imzalanan bu üçtərəfli bəyanat həm də 8 noyabr 2020-ci ildə prezident Putinin ağsaqqallığı ilə imzalanan üçtərəfli bəyanatın mahiyyətinin nə qədər önəmli olduğunu anladır. Əgər 5 il öncə Putin mərhələsi İlham Əliyevin uzaqgörən zəkası ilə keçilməsəydi, Tramp mərhələsinə adlamaq o qədər də real olmayacaqdı. Bu iki bəyanat Azərbaycan dövlətinin işğalçı qonşu üzərində hərbi və diplomatik qələbəsini təsdiq edən sənədlərdir.
Zəngəzurlu Tramp yolunun açıldığı gün də Azərbaycanın bütövləşdiyi, Bütöv Azərbaycanın gerçəkləşdiyi bir gün olacaqdır. Naxçıvanla birləşəcək Azərbaycanın adı Bütöv Azərbaycan deyilsə, bəs nədir? Həm də bununla iki düşmən dövlət arasında savaşa son qoyulur, qonşu xalqlar arasında rəqabətə start verilir. İndi xalqımızı bu rəqabətə hazırlamalıyıq. Universiteti ilə, idmanı ilə, mədəniyyəti ilə, ədəbiyyatı ilə, çalışqanlığı, təşəbbüskarlığı və ən başlıcası da çağdaşlıq keyfiyyəti ilə üstünlüyümüzü təmin etməliyik.
Vaxtilə bu işi xalqımız üçün Qarabağ xanı İbrahim xan görmüşdü. İlk dəfə o qərar vermişdi Səfəvi-Qacar zəlalətindən, geriçiliyindən, məzhəbçilik xəstəliyindən qurtuluşa. Anlayırdı ki, qarşısındakı şimaldan gələn qüvvə işğalçıdır, ancaq əsrlər boyu mənəviyyatın işğalının fiziki işğaldan daha böyük faciə olduğunu görürdü. Həm də əsrlər boyu xəstə dinçilik-məzhəbçilik şüuru ilə öz milli kimliyini unutmuş bir xalqın dünyəvi hüquq sisteminə daxil olması ilə Qərb mədəniyyətinə doğru yolu açıla bilərdi. Bu yolda işğalçı Rusiya qüvvələri bir gecə ailəsi ilə birlikdə İbrahim xanı öldürdülər, ancaq zaman onun qurtuluş üçün seçdiyi yolun haqlılığını tanıdı. Rus vəhşiliyini ört-bas edən Pyotrın Avropadan mənimsədiyi mədəniyyətdən bizə də pay düşdü. Hərəmxanasında barındırdığı 500-dən çox kölə müsəlman arvadla əylənməyə başı qarışmış Fətəli Şahın iyrənc saqqalından qopan kiçik bir xalq Rusiya müstəmləkə sistemi içində ilk dəfə olaraq dünyəvi məktəblə və Avropa hüquq sistemi ilə tanış oldu, şəriət hüquqsuzluğunun caynağından qurtuldu, modern yazılı ədəbi-fəlsəfi mətn, və modern əlifba barədə düşüncələr cücərməyə başladı. Və bu məktəblərdə yetişən məhdud sayda savadlı və azadlıqsevər insanların hesabına heç yüz il keçməmiş ilk tarixi fürsətdə müstəqil cümhuriyyət qura bildik.
Vəhşi bolşevik rejimi bütün xalqlara tutduğu divanı bizə də tutmuşdu. Ancaq bolşevizm dininin dünyəvi mahiyyəti bizim 70 il ərzində yenə də daha vəhşi İran dünyasından fərqimizi qoruya bildi. Ən azı ortabab da olsa kütləvi təhsil almamız bizim dünya həyatına immunitetimizi qorumuş oldu. Yəni kədər mazoxizmini yaşamaq istəyən çoxluq həyat eşqini canlandıran azlığı məhv etmək iqtidarında olmadı. Düşüncəmə görə, biz həm Çar Rusiyası müstəmləkə sisteminin, həm də bolşevik dönəminin Şərq qaranlığından qurtuluş imkanlarından lazımi səviyyədə yararlana bilmədik. İndi də bunun sancılarını yaşamaqdayıq. Yaxşı ki, müstəqil dövlətimizi bərpa edərək qismən də olsa yalnız hərbi dəmir qübbəmizi deyil, həm də mədəniyyət qübbəmizi yarada bildik.
Bizim ABŞ-ın strateji dostu olmamız həm də bizim mədəniyyət seçimimizdir. Bu bizim 1828-ci ildə işğal nəticəsində qopduğumuz, qurtulduğumuz qaranlıq mühitdən nisbətən mədəni mühitə adlamamıza bənzər bir yerdəyişmə idi.
Həmin yerdəyişmə bizə nə verdisə, indi də yeni mədəniyyət mühitinə adlamamız daha böyük faydaları özü ilə gətirməlidir. Son illərdə Rusiyada vaxtilə az-çox mövcud olan mədəni mühit tamamilə sıfırlandı, militarist, işğalçı zehniyyət tam və qəti qələbə çaldı. Bizim yerdəyişməmiz tarixi zərurətdir və bu dəfə yerdəyişməni dövlətsiz xalq olaraq işğala məruz qalmaqla deyil, müstəqil dövlət olaraq könüllü qərarla gerçəkləşdirdik. Ancaq yenə də kiminlə dost oluruqsa olaq, qonşularımız Rusiya və İranla düşmən olmama siyasətini israrla önəmsəməliyik. Çünki Azərbaycan xalqı yalnız Azərbaycan Respublikasında yaşayan vətəndaşlardan ibarət deyil. Oralardan gələn bəzi səfehlərin hədələyici mesajlarına baxmayın. Artıq onlar bizi deyil, Trampı və onun simasında ABŞ-ı hədələyirlər. Biz yolu keçən yolçuyuq, yolun sahibi özü bu hədələrə layiqli cavabı verəcəkdir. Ağıllı, rasional mesajlar da alırıq. Özəllilklə də İranda ağıllı adamlar artıq anlayırlar ki, bu yol onların bəlkə də Qərbə inteqrasiyası üçün sonuncu şanslarından biridir. Unutmayaq ki, indi xalq olaraq ermənilərlə daha sərt və ciddi rəqabət mühitinə baş vururuq. Zəngəzurlu Tramp erası bitənədək Azərbaycan dövlətinin qazandığını indi bu rəqabətdə bütövlükdə Azərbaycan xalqı qazanmalıdır. Azərbaycan prezidentinin siyasətdə qazandığı uğuru Azərbaycan alimi elmdə göstərməlidir. Xalqı təmsil edəcək bütün mexanizmlər həm peşəkar, həm də təşəbbüskar olmalıdır. Burada ilk öncə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının rolundan söhbət gedir. Bürokratiya siyasi partiyaların və QHT-lərin yeni şəraitdə aktivliyinin artmasına sağlam münasibət sərgiləməlidir. Çünki bu mərhələdə Ermənistanla rəsmi münasibətlərdən daha artıq parlamentlərarası, partiyalararası və QHT-lərarası münasibətlərin keyfiyyət göstəriciləri həlledici olacaqdır. Bu işi həm də Türkiyənin uyğun qurumları ilə birlikdə üçlü formatda gerçəkləşdirməyi də gözardı etməməliyik.
Anlaşılması zəruri olan əsas tezis fikrimcə budur: İlham Əliyev Azərbaycanı mini meydançada oynamaqdan divlərin yer aldığı böyük meydançaya keçirməyi inanılmaz ustalıqla bacardı. Beş il öncəki yuxularınızı təftiş etsəniz buna özünüz də inana bilməyəcəksiniz. Ancaq bu meydançada həmişə qalmaq üçün hamılıqla fədakarlıq etməliyik. Ağ Evin simvolik açarı bizim üçün xoşbəxtlik və təhlükəsizlik təminatı olmasa da, bu açardan ağıllı istifadə etmə şansına olduqca ciddi yanaşmalıyıq. Dənizçilər üçün yadda saxlamağa məhkum olduqları bir ifadə var: “Dənizdə təhlükəsiz sahil olmur!” Bu əslində bizim də Azərbaycan xalqı, Azərbaycan dövləti olaraq qətiyyən unutmayacağımız bir ehkam mahiyyətindədir. Qafqazda, postsovet, postpəhləvi məkanında təhlükəsiz döngə, yer yoxdur və qonşuları da biz Allahdan xahiş edib başımızın üstünə və ayaqlarımızın altına yerləşdirməmişik.
Xalqlararası rəqabətin qalibi kim olacaqsa, sonda qələbə onun adına yazılacaqdır. Harada boşluqlarımız varsa, hökmən əl gəzdirməliyik, insanlarımıza daha çox dövlətinə güvənən və bu prosesdə dövlətinə içdən dəstək verəcək inam və iradə aşılamalıyıq.
Fazil Mustafa, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Messi MLS dəki növbəti oyunu buraxacaq

10 Avqust 2025 12:54see211

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see183

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see132

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see129

Ukraynalı general: “Atəşkəsə getmək və növbəti müharibəyə hazırlaşmaq lazımdır”

10 Avqust 2025 13:16see127

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see126

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see122

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see121

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see120

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see120

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see119

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see119

Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

09 Avqust 2025 23:21see118

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see116

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see115

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see115

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see115

İnterpolun axtardığı azərbaycanlı bu ölkədə SAXLANILDI

10 Avqust 2025 15:51see114

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see114

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri