Icma.az
close
up
RU
“Zəngəzuru” “qırmızı xətt”i hesab edən İran niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır? Tehranın İLGİNC PLANI KONKRET

“Zəngəzuru” “qırmızı xətt”i hesab edən İran niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır? Tehranın İLGİNC PLANI KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Qafqazda kommunikasiyaların açılaması hələ də düyünə düşüb. Ermənistan havadarlarının köməyinə arxalanaraq ərazisindən keçən Zəngəzur dəhlizinin açılmasına mane olur. Eyni zamanda Cənub qonşumuz İran da bu layihənin əleyhinədir. Əvəzində İranın Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yolun öz ərazisindən keçməsinə həvəslə razılıq verməsi bəzi sullar doğurur. Ermənistandan keçən yolu özünün qırmızı xətti hesab edən İran marşrutun öz ərazisindən keçməsinə niyə səy göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri billdirib ki, İrana ərazisindən daşınan bütün yüklərin müqabilində maliyyə vəsaiti ödəniləcək:


Natiq Miri 

“Üstəlik, nəzərə almaq lazımdır ki, yükləri təkcə Azərbaycan daşımır. Bu yoldan region ölkələri də istifadə edəcək. Eyni zamanda Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa ölkələri də bu tranzit marşurutdan istifadə edəcək. Bu yol həm də Aralıq dənizinə də çıxışı təmin edəcək. Deməli bu ekvatoriyada mövcud olan ölkələr də prosesə qoşula bilər. Bir anlığa daşınan yüklərin miqyasını düşünün. Bu, İran üçün qazancdır, bir də paralel olaraq geosiyasətdə çox əhəmiyyətli mövqe deməkdir. Yəni, bu İran üçün əslində çox ciddi bir təzyiq mexanizmidir. Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması məsələsinə gəlincə, İran bunu müxtəlif bəhanələrlə əsaslandırır. Guya Zəngəzur dəhlizinin açılaması geosiyasi dəyişiklikdir. Burada guya Ermənistanla İran arasında sərhəd aradan qaldırıla bilər ki, bu sərhəd iki dövlət arasında yeganə bağlantıdır. Bunu bəhanə gətirir və ona görə də, hər hansı bir geosiyasi dəyişikliyin əleyhinə olduğunu iddia edir. Ancaq düşünürəm ki, bunu da uzun müddət davam etdirmək mümkün olmayacaq. Çünki ciddi şəkildə zərbə alan İranın indiki təhlükə qarşısında region dövlətləri ilə ciddi əməkdaşlığa ehtiyacı var. Son günlərdə fikir verirsinizsə Azərbaycan-İran əlaqələri, eyni zamanda İran-Türkiyə münasibətləri isti məcraya yönəlir. Bu istiqamətdə İran xeyli aktivləşib. Ona görə də Tehranın bu məsələyə dirənə biləcəyini ehtimal etmirəm. Xüsusilə də İranın zəif mövqelərini nəzərə alsaq, bu, davamlı olmaya bilər. Odur ki, Zəngəzur dəhlizi Azəzrbaycanın tam istəyinə uyğun olaraq açılacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri